Skip to content
2 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 808)
  • Dünya (3. 164)
  • Gündəm (11. 013)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Məhkəmə Ramin Hacılıya XƏBƏRDARLIQ ETDİ

Cavidan 29 İyun, 2022

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz miqrasiyada ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim təqsirləndirilən şəxs Ramin Hacılıya xəbərdarlıq edib. Bildirib ki, ötən məhkəmə prosesində Ramin Hacılı şüşə qəfəsə yumruq vurub. Nəticədə qəfəsin şüşəsi sınıb.

Hakim bildirib ki, növbəti dəfə belə bir hal aşkarlanacağı təqdirdə proses təqsirləndirilən şəxsin iştirakı olmadan keçiriləcək. Daha sonra Ramin Hacılı vəsatət qaldırıb. O bildirib ki, 5 gündür aclıq aksiyası keçirir.

“Artıq 5 gündür ki, ölüm aclığı edirəm. Səbəb mənim işimə ədalətli baxılmamasıdır. Mən aksiyanı davam etdirirəm. Xahiş edirəm aclıq aksiyası keçirdiyim üçün proses təxirə salınsın. Çünki səhhətim prosesdə iştirak etməyə imkan vermir”, – R.Hacılı deyib.

Məhkəmə yerində müşavirə keçirərək qərar qəbul edib. Məhkəmənin qərarı ilə vəsatət təmin edilməyib.

Prosesdə ifadə verən şahid Məhəmməd Mirzəliyev bildirib ki, Ramin Hacılı ilə bir dostunu tanış edib.

“Həmin şəxs xaricə getmək istəyirdi. Mən də ona görə həmin şəxsi Raminlə tanış elədim. Ondan sonra heç bir prosesdə iştirak etməmişəm”, – Şahid qeyd edib.

Məhkəmədə ifadə verən digər şahid Kamran Abbaszadə bildirib ki, viza almaq üçün Ramin Hacılıya 1500 manat verib: “Xaricə getmək üçün Ramin Hacılıya 1500 manat vermişəm. Ramin də vaxtında vizamızı alıb verib. Mənə heç bir ziyan dəyməyib.

Vəkilin suallarını cavablandıran Ramin Hacılı bildirib ki, həmin 1500 manatdan ona 200 manat qalıb. Qalan məbləği viza alınması üçün xərcləyib.

Prosesdə ifadə verən Fərman Həsənov qeyd edib ki, viza alınmasına görə Ramin Hacılıya 250 manat zəhməthaqqı verib.

Şahid Kənan Tağıyev isə deyib ki, o, Almaniya və İngiltərəyə getmək üçün Ramin Hacılı ilə görüşüb.

“Ramin Hacılıya Almaniyaya geymək üçün 1500 dollar verdim. Ramin də həmin pula mənə viza düzəltdi. Almaniyadan qayıdandan sonra İngiltərəyə getmək qərarına gəldim və bunun üçün də Raminə yenidən 1500 dollar verdim. Amma sonradan işim alınmadı və İngiltərəyə gedə bilmədim. Ona görə də həmin pulu Ramin geri qaytardı”, – şahid qeyd edib.

Proses iyulun 6-da davam etdiriləcək.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Continue Reading

Previous: İlham Əliyev Xəzəryanı ölkələrin liderlərinin VI Zirvə Toplantısında – YENİLƏNİB (FOTOLAR)
Next: Sürücü onu vuran qadını avtobusdan təpiklə çıxardı – Video

Bölmənin digər xəbərləri

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”
  • Cəmiyyət

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”

2 Fevral, 2026
Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır
  • Cəmiyyət

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

2 Fevral, 2026
Nazir direktoru işdən çıxardı
  • Cəmiyyət

Nazir direktoru işdən çıxardı

2 Fevral, 2026

Top 7 Xəbər

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib 1

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

2 Fevral, 2026
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir 2

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

2 Fevral, 2026
Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır” 3

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”

2 Fevral, 2026
Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır 4

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

2 Fevral, 2026
Nazir direktoru işdən çıxardı 5

Nazir direktoru işdən çıxardı

2 Fevral, 2026
Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb 6

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

2 Fevral, 2026
Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var 7

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

2 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 808)
  • Dünya (3. 164)
  • Gündəm (11. 013)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8808) Dünya (3164) Gündəm (11013) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib 2 Fevral, 2026
  • Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir 2 Fevral, 2026
  • Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır” 2 Fevral, 2026
  • Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır 2 Fevral, 2026
  • Nazir direktoru işdən çıxardı 2 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.