Skip to content
10 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Business
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • Health
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Newsbeat
  • Siyasət
  • Sports
  • Stories
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
Canlı
  • Home
  • Cəmiyyət
  • Bu sənədlərə görə yeni dövlət rüsumları TƏTBİQ EDİLƏCƏK
  • Cəmiyyət

Bu sənədlərə görə yeni dövlət rüsumları TƏTBİQ EDİLƏCƏK

Cavidan 1 Oktyabr, 2021
1633063060_dovlet_rusumu

Bu gündən məhkəmə ilə bağlı sənədlərə görə yeni dövlət rüsumları tətbiq olunacaq.

Bu, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər dövlət rüsumunun tutulduğu hallara məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi daxil idisə, dəyişikliyə əsasən, bu hallara məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi daxil edilib.

Beləliklə, məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun yeni dərəcələri aşağıdakı kimidir:

Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:

  • İddia qiyməti 1 000 manatadək olduqda – 30 manat;
  • İddia qiyməti 1 000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1 000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi;
  • İddia qiyməti 10 000 manatdan 100 000 manatadək olduqda – 120 manat+10 000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi;
  • İddia qiyməti 100 000 manatdan 1 000 000 manatadək olduqda – 390 manat+100 000 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi;
  • İddia qiyməti 1 000 000 manatdan çox olduqda – 1290 manat+1 000 000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla).
  • Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə – 100 manat.

Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyənləşib. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulmasına barədə ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumları səviyyəsində olacaq.

Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) səviyyəsində müəyyənləşib.

İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardan şikayət verilməsinə görə dövlət rüsumu 50 manat olacaq. Apelyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 50 faizi səviyyəsində olacaq.

Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə dövlət rüsumu 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat olacaq.

Bu dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Soçi görüşünün ardından Ərdoğanın Azərbaycan yolunu tutması… – TƏSADÜFİ DEYİL…
Next: Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-09 111626
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək

Cavidan 9 İyun, 2026
Screenshot 2026-06-09 104223
  • Cəmiyyət

XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib – BƏYANAT

Cavidan 9 İyun, 2026
Screenshot 2026-06-06 125402
  • Cəmiyyət

Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Cavidan 8 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Business (6)
  • Cəmiyyət (9. 575)
  • Dünya (3. 401)
  • Gündəm (11. 856)
  • Health (1)
  • İdman (660)
  • İqtisadiyyat (599)
  • Kateqoriyasızlar (502)
  • Kriminal (1. 398)
  • Mədəniyyət (352)
  • Newsbeat (3)
  • Siyasət (3. 002)
  • Sports (1)
  • Stories (2)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək Screenshot 2026-06-09 111626 1
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək

9 İyun, 2026
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib – BƏYANAT Screenshot 2026-06-09 104223 2
  • Cəmiyyət

XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib – BƏYANAT

9 İyun, 2026
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var Screenshot 2026-06-09 095740 3
  • İqtisadiyyat

Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var

9 İyun, 2026
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq Screenshot 2026-06-09 092625 4
  • İdman

Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq

9 İyun, 2026
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin “Apache” zərbə helikopteri qəzaya uğrayıb Screenshot 2026-06-09 085156 5
  • Dünya

NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin “Apache” zərbə helikopteri qəzaya uğrayıb

9 İyun, 2026

BÖLMƏLƏR

Business (6) Cəmiyyət (9575) Dünya (3401) Gündəm (11856) Health (1) Kateqoriyasızlar (502) Kriminal (1398) Mədəniyyət (352) Newsbeat (3) Siyasət (3002) Sports (1) Stories (2) Texnologiya (15) İdman (660) İqtisadiyyat (599)
  • Business
  • Sports
  • Stories
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.