Skip to content
16 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 085)
  • Dünya (3. 265)
  • Gündəm (11. 415)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycanda pensiya ala biləcəklər

“Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.  Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə,
Cavidan 30 Aprel, 2022

“Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.  
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. 
Onun sözlərinə görə, müqavilə Rusiyada əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının işlədikləri müddətdə qazanmış olduqları pensiya, sosial sığorta üzrə hüquqlarının tanınması və qorunmasına imkan verəcək. 
“Eyni ilə Azərbaycanda əmək miqrantları kimi fəaliyyət göstərən Rusiya vətəndaşlarının da oxşar hüquqları olacaq.
Sənəd eyni zamanda Rusiyada yaşayan həmyerlilərimizin şimal qonşumuzda yaşadığı zaman qazandığı sığorta stajının da tanınmasına şərait yaradacaq. Məsələn, Rusiyada yaşayan həmyerlimiz həmin ölkədə çalışaraq sığorta ödənişi həyata keçirib və 25 illik sığorta stajı var. Daha sonra o Azərbaycana dönməklə bağlı qərar verir. Bu zaman o Azərbaycanda pensiya yaşı tamam olanda Rusiyada qazandığı staj ilə pensiyaya çıxmaq hüququ əldə edəcək. Yəni, onun Rusiyada ödədiyi sığorta ödənişləri və qazandığı staj Azərbaycanda pensiyaya çıxmaq üçün yetərli olacaq.
Yaxud, Rusiyada qısa müddət, 5 il çalışıb daha sonra ölkəyə qayıdıb Azərbaycanda işləyən həmyerlimizin də pensiyaya çıxan zaman şimal qonşumuzda qazandığı sığorta stajı ümumi stajına əlavə olunacaq”.
Deputat bildirib ki, Rusiyada yaşayan və əmək miqrantları kimi çalışan həmyerlilərimiz ölkəmizə geri dönən zaman orada işlədiklərini təsdiq edən sənədləri özlərində saxlaması vacibdir:
“Təbii ki, elektron sistemlərin inteqrasiyası nəticəsində virtual məlumat mübadiləsi baş verəcək. Amma bütün hallarda bu tip sənədlərin qorunması arzuolunandır. Bütövlükdə, bu sənəd Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, şimal qonşumuzun vətəndaşının ölkəmizdə qazandığı sığorta stajının Rusiyada qəbul edilməsinə imkan verəcək”.

Continue Reading

Previous: Prezident Azərbaycan xalqını təbrik etdi
Next: FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır

Bölmənin digər xəbərləri

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM
  • Cəmiyyət

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM

16 Mart, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

16 Mart, 2026
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
  • Cəmiyyət

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

16 Mart, 2026

Top 7 Xəbər

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM 1

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM

16 Mart, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 2

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

16 Mart, 2026
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək 3

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

16 Mart, 2026
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib 4

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib

16 Mart, 2026
İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb 5

İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb

16 Mart, 2026
Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb 6

Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

16 Mart, 2026
Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR 7

Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR

16 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 085)
  • Dünya (3. 265)
  • Gündəm (11. 415)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9085) Dünya (3265) Gündəm (11415) Kateqoriyasızlar (474) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2966) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM 16 Mart, 2026
  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 16 Mart, 2026
  • ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək 16 Mart, 2026
  • Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib 16 Mart, 2026
  • İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb 16 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.