Skip to content
7 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 394)
  • Dünya (3. 354)
  • Gündəm (11. 728)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Prezident Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: Hörmətli həmvətənlər! Müqəddəs Ramazan bayramı münasibətilə
Cavidan 29 Aprel, 2022

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli həmvətənlər!

Müqəddəs Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aylardandır.

Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.

Əziz bacı və qardaşlarım!

On bir ayın sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. İnanıram ki, ölkəmizin əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.

Bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin.

Bayramınız mübarək olsun!

Continue Reading

Previous: Bu evlərin özəlləşdirilməsi proseduru müəyyənləşdi
Next: Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycanda pensiya ala biləcəklər

Bölmənin digər xəbərləri

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib
  • Cəmiyyət

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

7 May, 2026
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ
  • Cəmiyyət

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

7 May, 2026
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub
  • Cəmiyyət

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

7 May, 2026

Top 7 Xəbər

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 1

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

7 May, 2026
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ 2

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

7 May, 2026
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 3

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

7 May, 2026
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 4

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

7 May, 2026
Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 5

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

7 May, 2026
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb 6

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

7 May, 2026
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib 7

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 394)
  • Dünya (3. 354)
  • Gündəm (11. 728)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9394) Dünya (3354) Gündəm (11728) Kateqoriyasızlar (492) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 7 May, 2026
  • Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ 7 May, 2026
  • Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 7 May, 2026
  • Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 7 May, 2026
  • Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.