Skip to content
21 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya “oynayan” rəsmi İrəvan – ŞƏRH
  • Siyasət

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya “oynayan” rəsmi İrəvan – ŞƏRH

Cavidan 21 Sentyabr, 2026
Screenshot_20260921_173337_com_android_chrome_ChromeTabbedActivity

Azərbaycanın Ermənistanla münasibətlərin bərpası, normallaşması istiqamətində atdığı addımlara bu ölkənin siyasi elitasında mane olmağa səy göstərirlər.

Bu günlərdə Ermənistan parlamentində Gəncəsər monastrı ilə bağlı Baş nazir Nikol Paşinyana sual ünvanlanıb. “Güclü Ermənistan” adlı parlament fraksiyasından olan deputat Lena Matevosyan Baş nazirə parlament kürsüsündən bu bölgənin ermənilərə məxsus olduğunu bildirməsini təklif edib.

Hökumət başçısı deyib ki, Ermənistanda bu məsələ üzrə ən səlahiyyətli vəzifəli şəxs Matenadaran kitabxanasının direktoru ( Matenadaranın rəsmi adı belədir: Mesrop Maştots adına Qədim Əlyazmalar İnstitutu) vasitəsilə cavab verilib: “O, Gəncəsərin erməni mənşəli olduğunu təsbit etdi”.

Bunun ardınca o, Azərbaycanı normallaşma prosesinə guya problem yaratmaqda ittiham edib.

Yeri gəlmişkən, “Güclü Ermənistan” fraksiyasının sədri Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapetyandır. Ona qarşı Ermənistanda cinayət işi başlanıb. Samvel Karapetyan Ermənistan elektrik şəbəkəsi şirkətinin sahibidir. Hökumət bu şirkəti 2027-ci ilin oktyabrınadək milliləşdirməyi planlaşdırır.

Həbs edilməsi və seçkilər zamanı zaminə buraxılması Karapetyanla Paşinyanın müəyyən sövdələşməyə getdiyi ehtimalını gücləndirir. Elə Samvelin fraksiyasının deputatının qızışdırıcı və təxribatçı sualı da məsələyə baş nazirlə rusiyalı erməni milyarderin Azərbaycana aid bu kimi məsələlərə oxşar mövqedən yanaşıldığını deməyə əsas verir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə ziyarət etdikləri Gəncəsər və Xudavəng monastrlarından video paylaşıb. O, kilsələrin qədim Qafqaz Albaniyasının xristian irsinin ayrılmaz hissəsi olduğunu bildirib.

Hikmət Hacıyev Gəncəsər kilsəsinin XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirildiyini, Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biri olaraq adlandırıb.

Azərbaycan torpaqları – Qarabağ və ətraf ərazilər işğal altında olduğu illərdə Ermənistan bölgədəki müxtəlif təyinatlı tikililəri, o cümlədən tarixi-dini mədəniyyət abidələrini dağıtmışdı. Azərbaycan suveren hüquqları və ərazi bütövlüyünü bərpa etdikdən sonra burada quruculuq-bərpa işləri aparır. Bu, dini-tarixi abidələrə də şamil olunur.

H.Hacıyev də bu məsələni qeyd edərək, işğal illərində bu tarixi abidələrin “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qaldığını, nəticədə onların memarlıq autentikliyinin və ilkin xarakterinin zədələndiyini vurğulayıb.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir: “Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir”.

O, Azərbaycanın bu istiqamətdə təcrübəsini başqa ölkələrlə, o cümlədən qonşularla bölüşməyə hazır olduğunu qeyd edib.

Ermənistanın şovinist ermənilik ideologiyası Cənubi Qafqazda, xüsusən Azərbaycan torpaqlarında toponimləri, akvatoriyaları, tarixi-mədəni adları erməniləşdirməyi qarşısına əsas hədəflərdən biri olaraq qoyub. Yüz ildən artıqdır, onlar tarixi saxtalaşdırmaq, təhrif etmək işini davam etdirirlər. Bəhs etdiyimiz tarixi-dini abidə ilə bağlı hay-küy də həmin təhriflərdən biridir.

Azərbaycan ərazisində türklər, yəni azərbaycanlılar tarix boyu müxtəlif dövlətlər qurublar. Bu etnos böyük dövlətlər qurmaqla yanaşı, dini-ideoloji sistem də yaradıb. Atəşpərəstliyi buna örnək olaraq göstərmək olar. İslama qədər isə azərbaycanlılar, yəni bu ərazidəki türklər xristianlığı qəbul ediblər.

Tarixi mənbələrə əsasən, Qafqaz Albaniyası və türk tayfaları IV əsrin əvvəllərində xristianlığı rəsmi dövlət dini elan edib. Alban xalqının və dövlətinin formalaşmasında hunlar, xəzərlər, sabirlər, barsillər kimi qədim türk tayfaları ilə yanaşı, qafqazdilli xalqlar rol oynayıb.

Xəzər türklərinin böyük bir hissəsi xaqanlığın rəsmi dini kimi iudaizmi qəbul etsə də, onların əhəmiyyətli bir qismi xristian, digər qismi isə müsəlman olub. İndiki Dağıstan və Şimali Azərbaycan bölgəsində yaşayan xəzərlər arasında xristianlıq geniş yayılmışdı.

Azərbaycan ərazisindəki qədim tarixə aid xristianlıq nümunələrinin əsl sahibi müasir dövrdə azərbaycanlılar və udilər sayılır.

Nikol Paşinyanın bu saxtakarlığın təbliğatına qoşulması Ermənistana çox kövrək olan etimadın dağılmasına səbəb ola bilər. Belə hallar, ənənəvi saxtakarlıqlar rəsmi İrəvanın sülh və normallaşma kimi sadiqliyinə kölgə salar.

Daha bir məsələyə diqqət çəkmək yerinə düşər; Cənubi Azərbaycan ərazisində xristianlıq dövrünə aid çoxlu sayda qədim memarlıq abidələri, kilsə və monastırlar mövcuddur. Bu məbədlərin böyük hissəsi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Qərbi Azərbaycan əyaləti Müqəddəs Faddeyin (Taddade) qəbri üzərində qurulmuş Qara Kilsə. Culfa şəhərindən təxminən 15 km qərbdə, Araz çayının sahilində yerləşən Səfəvilər dövründə (Şah Abbasın zamanında) əsaslı şəkildə təmir edilən bu məbəd zəngin daş oymalar və memarlıq üslubu ilə seçilir. Qərbi Azərbaycan əyalətinin Çaldıran rayonundakı 14-cü əsrə aid kilsə Barun bəndinin inşası zamanı su altında qalmamaq üçün 1988-ci ildə bütövlüklə 600 metr uzaqlıqdakı daha hündür təpəyə köçürülüb.

Urmiya və Təbriz şəhərlərində də kilsələr mövcuddur. Urmiyadakı Müqəddəs Məryəm kilsəsi Yaxın Şərqin ən qədim xristian məbədlərindən biri sayılır. Onun əsasının I əsrdə qoyulduğu qeyd edilir. Təbrizdəki Müqəddəs Məryəm kilsəsi də şəhərin ən qədim və mərkəzi kilsələrindəndir. Tanınmış səyyah Marko Polo da öz qeydlərində bu bölgədəki xristian məbədlərindən bəhs edib.

Deməli, Azərbaycan ərazilərində mövcud olan kilsələri erməniləşdirmək tarixi saxtalaşdırmaqdır.

Onu da qeyd edək ki, Azərbaycanın Kərki kəndi 30 ildən çoxdur, Ermənistanın işğalı altındadır. Bu günlərdə Samvel Karapateyanın partiyasının adamları Ermənistanın işğalından sonra bu kəndə köçürülən ermənilərə yardım etmək qərarına gəliblər. Belə ki, “Güclü Ermənistan”ın qərarına əsasən, fraksiyanın deputatlarının pul mükafatları Kərkiyə köçürülən ermənilərin gündəlik ehtiyaclarına yönələcək.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid eksklav Kərki kəndinin adını ermənilər rəsmi olaraq “Tiqranaşen” adlandırıblar.

Bu, eyni mərkəzdən idarə olunan məsələlərdəndir. Revanşistlər həmin mərkəzlərin Cənubi Qafqazda etimad mühitini pozmaq üçün istifadə edilən alət rolundadırlar. Nikol Paşinyan da bundan sülh və normallaşma prosesinə təsir etmək, güzəştlərə nail olmaq, yaxud Ermənistanın keçmiş himayədarlarından faydalanmaq, onlara yarınmaq üçün istifadə etməyə səy göstərir.

Bir neçə il öncə baş nazir Ağrı dağın “Ararat” adlanmasına etiraz etmiş və onun Ermənistan ərazisində olmadığını, Türkiyənin beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olduğunu bildirmişdi. O qeyd etmişdi ki, ölkəsinin ərazisində ən yüksək dağ “Ararat deyil”, Alagözdür (ermənilər onun adını dəyişərək “Araqats” adlandırıb)”. Nikol demişdi ki, Ağrı dağın “Ararat” adlanması Türkiyəyə ərazi iddiasıdır. Onun sözlərinə görə, belə bir şəraitdə Türkiyə Ermənistanla əlaqə saxlamaz və s.

Kərkiyə ermənilərin köçürülməsi Cənubi Qafqazda bu etnosun məskunlaşdırılmasının kiçik modeli, Ağrı dağın adının təhrif edilməsi isə onların qonşu dövlətlərə ərazi iddiaları və yer adlarının erməniləşdirilməsinə bir nümunədir.

Nikol Paşinyanın Fransa səfərindən qayıtdıqdan sonra bu məsələnin parlamentdə müzakirəyə çıxarılması təsadüfi deyil. Ermənistanda son günlər baş verənlər rəsmi İrəvanın köhnə havaya “oynadığını” ehtimal etməyə əsas verir.

İrəvanda Göy məscid var. 1766-cı ildə İrəvan xanı Hüseynəli məscid tikintisinə dair əmr verib. O, Azərbaycanın memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97,2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi camesi olub. Bura çar Rusiyası dövründə azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi.

Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarət olmaqla 7 000 kvadratmetrlik ərazidə yerləşib. İkinci Dünya müharibəsindən sonra onun 4 minarəsindən 3-ü sökülüb. 1952-ci ildə məscidin bir hissəsi planlaşdırmaya düşüb, bir hissəsi isə məktəb olmuşdu. 1995–2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub. Ermənistan onu fars mədəniyyətinin nümunəsi olaraq təqdim edir.

Məlumatlara əsasən, 2022-ci ilin oktyabrında BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasında Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun nümayəndəsi Asmita Baidya qeyd edib ki, 20-ci əsrin əvvəllərində İrəvanda 310 məscid qeydiyyata alınıb, hazırda isə şəhərdə yalnız Göy Məscid salamat qalıb: “1918, 1955 və 1988-ci illərdə yerli azərbaycanlıların xüsusi zorakılıqla şəhərdən qovulması ilə eyni vaxtda məscidlər ermənilər tərəfindən yandırılıb”.

Cənubi Qafqazda hər şeyi erməniləşdirmək bu etnosun köhnə şakəridir. Görünür, olanlardan hələ də dərs çıxarmaq istəmirlər. Hər halda bir çox mətləbləri qeyd etmirik. Çünki Azərbaycan sülh və əməkdaşlıq təşəbbüsçüsü, tərəfdarı olaraq onun reallaşmasını istəyir.(Report)

Post navigation

Previous: Zakir Həsənov Pakistana başsağlığı verib
Next: Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Bölmənin digər xəbərləri

raeh5NCLseTv
  • Siyasət

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət – ŞƏRH

Cavidan 18 Sentyabr, 2026
Screenshot_20260915_170239_com_android_chrome_ChromeTabbedActivity
  • Siyasət

İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Cavidan 15 Sentyabr, 2026
5aab8506-8af4-3 v
  • Siyasət

İlham Əliyev Sərəncam İMZALADI

Cavidan 10 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 142)
  • Dünya (1. 061)
  • Gündəm (3. 379)
  • İdman (237)
  • İqtisadiyyat (163)
  • Kateqoriyasızlar (220)
  • Kriminal (286)
  • Mədəniyyət (96)
  • Siyasət (414)
  • Texnologiya (15)

Xəbər Trendi

Xəzər dənizində zəlzələ olub Screenshot_20260921_191902_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr, 2026
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib Screenshot_20260921_183230_com_android_chrome_ChromeTabbedActivity 2
  • Kateqoriyasızlar

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

21 Sentyabr, 2026
Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya “oynayan” rəsmi İrəvan – ŞƏRH Screenshot_20260921_173337_com_android_chrome_ChromeTabbedActivity 3
  • Siyasət

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya “oynayan” rəsmi İrəvan – ŞƏRH

21 Sentyabr, 2026
Zakir Həsənov Pakistana başsağlığı verib 6ab0e99c9b25b6ab0e99v 4
  • Gündəm

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr, 2026
Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək 6ab0e062127d76a v 5
  • Dünya

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

21 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3142) Dünya (1061) Gündəm (3379) Kateqoriyasızlar (220) Kriminal (286) Mədəniyyət (96) Siyasət (414) Texnologiya (15) İdman (237) İqtisadiyyat (163)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.