Skip to content
18 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət – ŞƏRH
  • Siyasət

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət – ŞƏRH

Prezident İlham Əliyev son çıxışlarında regional və qlobal təhlükəsizliyin təhdidinə qarşı çağırış edib. Bu istiqamətdə açıqlamaların yaxın tarixdən
Cavidan 18 Sentyabr, 2026
raeh5NCLseTv

Prezident İlham Əliyev son çıxışlarında regional və qlobal təhlükəsizliyin təhdidinə qarşı çağırış edib. Bu istiqamətdə açıqlamaların yaxın tarixdən və Azərbaycanın təcrübəsindən qaynaqlandığı istisna olunmur.

1988-ci ildən 1994-cü ilədək Azərbaycan qaçqın və məcburi köçkünlərin çoxsaylı problemləri ilə məşğul olub. Bununla yanaşı, torpaqlarının Ermənistan tərəfindən 20 faizinin işğalını yaşayıb.

Nəzarətsiz qalan, yaxud erməni terrorçu-işğalçı qruplaşmaların toplaşdığı bu torpaqlarda ölkə, regional və qlobal miqyasda təhlükəsizlik təhdid olunub. 1989-cu ilin sentyabrında Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun Yevlax yaxınlığında partladılması, 1990-cı illərin əvvəllərində də oxşar hücumlar, habelə 1994-cü ilin yaz və yayında Bakıda metro stansiyalarında, habelə 2020-ci ildə Azərbaycanın yaşayış ərazilərinin raket atəşinə tutulması kimi hadisələr törədilmiş çoxsaylı qanlı cinayətlərdən bir qismidir.

İşğal dövründə Qarabağ və ətraf rayonlarda törədilmiş qətliamlar, göyərtəsində Azərbaycanın dövlət xadimlərinin olduğu helikopterin işğal olunmuş ərazinin hava məkanında vurulması da bu kimi cinayətlədəndir.

Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə nəticəsində bir milyon 250 mindən çox insanın didərgin və məcburi köçkün vəziyyətinə düşməsi də humanitar fəlakətin faciəsini xarakterizə etməyə imkan verir.

Odur ki, coğrafi mövqeyi, beynəlxalq yükdaşımalarda aparıcı rollardan birini oynaması, multikultural cəmiyyətə malik olması, qlobal miqyasda təhlükəsiz enerji daşıyıcıları təminatında fəaliyyəti, yürütdüyü müstəqil xarici siyasət, Türk və İslam dünyası, Yaxın Şərq və Qərb ölkələri ilə yüksəksəviyyəli əməkdaşlıq Azərbaycanın geosiyasi, sosial, mədəni, iqtisadi, enerji sahələrində tutduğu mövqeyi əks etdirir.

Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib: “Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır”.

Dövlət başçısı bildirib ki, xarici mərkəzlərdən maliyyələşdirmə ölkələrin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib: “Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik”.

Yeri gəlmişkən, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edildiyinə dair sentyabrın 18-də məlumat yayılıb.

Xəbərdə başqa dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilib, 5 ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb.

Bu kimi hadisələrin əsas qüvvəsi çox vaxt gənclər olur. Azərbaycan gəncliyi isə torpaqlarını işğaldan qorumuş, azad etmiş, milli müstəqillik yolunda mübarizə aparmış, şəhid və qazi olub. O bu gün də Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin güclənməsində, qorunmasında, azad edilmiş torpaqlarda quruculuq işlərində fəal iştirakçılar sırasındadır.

Azərbaycan gəncliyi, cəmiyyəti bir qayda olaraq antimilli, satqın strukturları rədd edir. Çünki o, 108 yaşlı milli dövlətin qurulması yolunda on minlərlə oğul və qızını şəhid verib. Milli-mənəvi dəyərlərə və ənənələrə sadiqlik Azərbaycan cəmiyyətinin əsas tendensiyasıdır. Bu baxımdan Azərbaycan gəncliyi milli dəyərlərin əsas daşıyıcılarından və ötürücülərindəndir. Belə keyfiyyətləri həm də TDT ölkələrinin gənc nəslin vətənpərvərlik, milli prinsiplər və mənəvi dəyərlər ruhunda tərbiyəsinin mühüm istiqamətlərindən biri olmasını şərtləndirir.

Mərhum Prezident Heydər Əliyev Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O hələ sovetlər dövründə gəncləri keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil al­mağa göndərmişdi. 1993-cü ildə hakimiyyətə gələndən sonra gənclərlə bağlı siyasətinə xüsusi diqqət yetirib. Onların dövlət qurumlarında təmsil olunması məqsədi ilə o, 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılması haqqında fərman imzalamışdı. 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilmişdi. Bir il sonra həmin gün o, Azərbaycanda “Gənclər Günü”nü elan olumasına dair uyğun fərmanlar imzalamışdı.

Prezident İlham Əliyev də Ulu Öndərin gənclərlə bağlı siyasi kursunu davam etdirərək 2007-ci ili ölkədə “Gənclər ili” elan etmişdi. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb.

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib ki, gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir: “Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində”.

Dövlət başçısı həmin görüşdə qeyd edib ki, Azərbaycanda xain, antimilli, satqın strukturlar mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır:

“Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır. Buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır”.

İstənilən cəmiyyətdə sabitliyin pozulması üçün əsas hədəf qrupu gənclər sayılır. Bunu xarici qüvvələr onları müxtəlif yabanı düşüncələrə cəlb etməklə reallaşdırmağa çalışırlar. Cəmiyyətin bu təbəqəsindən sabitliyin pozulmasında istifadə edilir.

Bu kimi amillərə əsasən, TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməsi, müntəzəm forum, görüş və konfranslar keçirilməsi günün vacib məsələlərindəndir. Təşkilat daxilində gənclər arasında əlaqələrin qurulması onların yabanı təsirlərdən uzaqlaşmasına əhəmiyyətli yardım edər.

Müharibədən çıxmış, işğal görmüş, humanitar fəlakətlər yaşamış Azərbaycan münaqişə və savaşan ölkələrin, toqquşan maraqların əhatəsindədir. Ona görə də xüsusilə indiki dövrdə – dünyada və regionda baş verən müharibələr şəraitdə təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır.

İndi təhdidlər yalnız fiziki deyil, həm də siyasi, ictimai, mədəni və s. ideoloji xarakterə malikdir. Bu istiqamətdə də regional və qlobal maraqları üst-üstə düşən güclərlə əməkdaşlıq günün aktual məsələlərindən sayılır.

Dövlət başçısı sentyabrın 15-də TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini, müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını, Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu məsələyə də toxunaraq bildirib ki, hazırda dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələrin hamını narahat edir.

O, Azərbaycanın hər zaman islam həmrəyliyini əməli-praktiki addımlarla, öz işi ilə gücləndirməyə hər zaman çalışdığını və çalışacağını vurğulayıb. Dövlət başçısı Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirildiyinə diqqət çəkib. Prezident İlham Əliyev 2017-ci ildə Azərbaycanın təşəbbüsü və müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunlarının reallaşdığını xatırladaraq bu Oyunların, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul olunduğunu qeyd edib.

Prezidentin çıxışlarındakı çağırışlar göstərir ki, torpaqlarını azad etdikdən sonra Azərbaycan regional və qlobal miqyasda təhlükəsizliyə təhdidlərə qarşı mübarizənin fəallığını artırıb. Elə torpaqlarını işğaldan azad etməklə bölgədə və beynəlxalq səviyyədə sülhün, əməkdaşlığın bünövrəsini gücləndirib, ona töhfə verib.

Rəsmi Bakı Mərkəzi Asiyada, İslam dünyasında da sabitliyin, əmin-amanlığın yaranması, davam etməsi istiqamətində ardıcıl siyasət aparır. Belə mövqe isə onun təhlükəsizlik sahəsində də önəmli rol oynamasına imkan verir.(Report)

Post navigation

Previous: Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində – Foto

Bölmənin digər xəbərləri

Screenshot_20260915_170239_com_android_chrome_ChromeTabbedActivity
  • Siyasət

İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Cavidan 15 Sentyabr, 2026
5aab8506-8af4-3 v
  • Siyasət

İlham Əliyev Sərəncam İMZALADI

Cavidan 10 Sentyabr, 2026
vcrMyLIl9JHkUe V
  • Gündəm

İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib

Cavidan 8 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 138)
  • Dünya (1. 058)
  • Gündəm (3. 378)
  • İdman (237)
  • İqtisadiyyat (162)
  • Kateqoriyasızlar (217)
  • Kriminal (286)
  • Mədəniyyət (96)
  • Siyasət (413)
  • Texnologiya (15)

Xəbər Trendi

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət – ŞƏRH raeh5NCLseTv 1
  • Siyasət

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət – ŞƏRH

18 Sentyabr, 2026
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində – Foto dsxxxxzzzz n 2
  • Cəmiyyət

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində – Foto

18 Sentyabr, 2026
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb E3bDsO4GDaniAgjb 3
  • Kriminal

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

18 Sentyabr, 2026
Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb GKYItQODujZAm0VAj9v 4
  • Cəmiyyət

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 Sentyabr, 2026
Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib 6aacf5eec92d56aacf5v 5
  • Cəmiyyət

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

18 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3138) Dünya (1058) Gündəm (3378) Kateqoriyasızlar (217) Kriminal (286) Mədəniyyət (96) Siyasət (413) Texnologiya (15) İdman (237) İqtisadiyyat (162)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.