Skip to content
21 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

Şuşa dünyanın gözüdür – sözün bütün mənalarında. Gözəlliyi və əzəməti də öz yerində. Amma bu gün həm də
Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 145229

Şuşa dünyanın gözüdür – sözün bütün mənalarında. Gözəlliyi və əzəməti də öz yerində. Amma bu gün həm də dünyanın gözü Şuşadadır. Onlarla ölkənin media təmsilçisi Qarabağa toplaşıb ki, dünyada sülhün bərqərar olması və etimadın qurulması yollarına nəzər salsın.

Zirvədən yollar yaxşı görünür. Şuşa Qarabağ zəfərinin zirvəsidir. Şuşadan Zəfər Yoluna gözəl mənzərə açılır. Azərbaycanın min əziyyətlə, oğullarının canı, qanı bahasına keçdiyi bu yol indi Qarabağa əmin-amanlıq, quruculuq, rifah daşıyır. Deməli, Zəfər Yolu elə sülh yoludur.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra dünyaya sülh mesajları vermək üçün qlobal medianı Şuşaya toplayır. Son 4 ildə 81 ölkənin 600-ə yaxın media təmsilçisi bu Forumda iştirak edib və qlobal gündəmin ən aktual məsələlərinin işıqlandırılmasını müzakirə edib. Bu il isə 53 ölkədən 160-a yaxın jurnalist və yeni media təmsilçisi qatılıb.

Ənənəyə sadiq qalaraq, Forumun qonaqlarını Azərbaycan Prezidenti İlham Əliyev şəxsən salamlayır və onların suallarını cavablandırır. Prezidentin Forumda etdiyi hər çıxış 44 günlük Vətən müharibəsi zamanı onun xarici jurnalistlərə verdiyi və diplomatiya dərsliklərinə salınacaq tarixi müsahibələrini xatırladır. Sərrast cavablar və nöqtə atışlarının heç biri hədəfdən yan keçmir.

Prezident o zaman da Şuşadan danışırdı, bu gün də Şuşadan danışır. Ancaq o zamankı “Şuşadan” sözü yalnız “Şuşa haqqında” anlamına gəlirdisə, indi bu, həm də yer zərfliyidir – bəyanatlar Şuşadan verilir. O zaman biz Şuşadan danışanda dünya bizi dinləmək istəmirdi, indi Şuşadan danışırıq – hamı dinləyir və hesablaşır. Fərq çox böyükdür və Şuşa Qlobal Media Forumu dünyaya ilk növbədə bunu nümayiş etdirir.

Başqa bir fərq də var. Vətən müharibəsi günlərində Azərbaycanın dövlət başçısına, Silahlı Qüvvələrin Ali Baş Komandanına ünvanlanan sualların heç də hamısı xoşməramlı deyildi. Prezidentin özünün də dediyi kimi, bəziləri jurnalist kimi yox, müstəntiq kimi davranır, bizi ittiham edirdi. Şuşa Forumunda isə sual verənlərin niyyətləri xoş, məqsədləri aydındır – bölgədəki sülh gündəliyinin müəllifi olan, dəyişən dünya nizamında əhəmiyyətli rol oynayan Azərbaycanın dövlət başçısının aktual məsələlərə münasibətini öyrənmək.

IV Şuşa Qlobal Media Forumunun adı da təsadüfi seçilməyib – tədbir “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub

Xarici media təmsilçilərinin səsləndirdiyi sualların palitrası Azərbaycanın bölgədə və dünyada gedən proseslərin sadəcə benefisiarı olmadığını təsdiqləyib. Açılış mərasimində Prezident İlham Əliyev 23-dən çox sualı cavablandırıb və bir çox mətləblərə aydınlıq gətirib. Hərçənd o sualların cavablarını Azərbaycan hər gün öz siyasəti ilə verməkdədir. Bu siyasətin dünya üçün ən vacib və etimad doğuran tərəfi isə onun açıqlığı, sabitliyi və ardıcıllığıdır.

“Bizim münasibətlərimiz etimad üzərində qurulub və bu da faydalı olmağımıza imkan yaradır. Bu da regional siyasətin vacib faktoruna çevrilib. Təbii ki, bu gün Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır. Bizim mövqeyimiz konstruktivdir. Biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, harada yardımçı və vasitəçi ola biliriksə, onu edək”, – Azərbaycan Prezidenti bildirib.

Söhbət rəsmi Bakının bəzən bir-biri ilə eyni masa arxasında əyləşməyi belə özlərinə rəva bilməyən ölkələrin arasında körpü rolunu oynamasından gedir. Təsadüfi deyil ki, bu məsələyə diqqəti İsraildən olan Forum iştirakçısı yönəldib. O, Bakının dünyada konstruktiv diplomatiya mərkəzinə çevrildiyini vurğulayıb və bir-birinə etibar etməyən bir sıra ölkələrin Azərbaycanın mövqeyinə etimad göstərdiyini deyib.

Forum iştirakçılarının diqqət çəkdiyi digər məsələ isə Azərbaycanın dünyada orta gücə çevrilməsidir və bu, bir çox faktorlara əsaslanan beynəlxalq qiymətləndirmədir. İlham Əliyev bu faktorlar sırasında ölkənin müstəqil siyasət yürütməsini, öz milli maraqlarını müdafiə etmək bacarığını, yalnız paradda deyil, döyüşdə öz qüdrətini göstərmiş orduya sahib olmasını, Azərbaycandan kənarda gedən proseslərə təsir imkanlarının olmasını, ən əsası isə bütöv regionda baş verənlərə görə məsuliyyət daşıya bilməsini göstərib.

Görünən odur ki, Forumda Azərbaycan Prezidentinə verilən suallar da elə bu faktorlardan qaynaqlanıb. Dövlət başçısından bölgədə gedən sülh prosesi, regional kommunikasiyaların açılması, Rusiya-Ukrayna münaqişəsi, İran ətrafında vəziyyət, Fransa müstəmləkələrinin milli oyanışında Bakının oynadığı rol, yeni qlobal nəqliyyat dəhlizlərinin formalaşmasında Azərbaycanın mövqeyi və s. mövzularda suallar ünvanlanıb və dövlət başçısı bütün bu məsələlərə rəsmi Bakının münasibətini bildirib.

Həm suallar, həm də cavablardan çıxan ortaq nəticə isə odur ki, bu gün Azərbaycan qlobal siyasətdə və iqtisadiyyatda dəyər yaradan, yeni dünya nizamının formalaşmasına töhfə verən, yardıma ehtiyacı olanların köməyinə çatan, haqqı tapdalananların yanında olan, dünyada sülhə və etimada töhfə verən nüfuzlu aktorlardan biridir.

Bu reallığı hər kəs görüb anlasa da, heç də hamı bunu etiraf və həzm edə bilmir. Məsələn, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən kimi Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkənin nümayəndə heyətini “insan hüquqları və demokratiya” pərdəsi altında səsvermə hüququndan məhrum edib. Prezident İlham Əliyev Şuşada bu məsələyə münasibətini də son dərəcə aydın şəkildə ifadə edib. Dövlət başçısı bildirib ki, indi Avropa Şurası Azərbaycanla korladığı münasibətləri bərpa etmək istəsə də, onlar tərəfindən bu istiqamətdə real addımlar atılmır. Bu səbəbdən Azərbaycan ümumiyyətlə Avropa Şurasından çıxmağı nəzərdən keçirir və bundan çox şey itirməyəcəyinə əmindir.

Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə beynəlxalq hüququn tələblərini təkbaşına təmin edib və bölgədə sülhün bərqərar olması üçün real zəmin yaradıb. Sülhə dəstək verməli olan AŞPA, Avropa Parlamenti, ATƏT-in Minsk qrupu kimi təsisatlar isə Azərbaycana dəstək əvəzinə təzyiq göstərib. Bu gün də bölgədə Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin həyata keçirilməsi həmin dairələri ciddi narahat edir. Sülh prosesi çərçivəsində əldə edilən hər irəliləyişdən sonra “erməni kartı”nın işə salınması da təsadüfi sayılmamalıdır.

Lakin Şuşa Forumunda İlham Əliyevə verilən suallar və Prezidentin səsləndirdiyi bəyanatlar Bakının formalaşdırdığı yeni reallıqların dönməz xarakter aldığını göstərir. Bu sırada Ermənistanla gedən sülh prosesini, Azərbaycanın Çindən Avropaya qədər dünya logistika zəncirinin açar nöqtəsinə çevrilməsini, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli paya sahib olmasını göstərmək mümkündür. Artıq bu reallıqlarla hesablaşmamaq mümkün deyil və dünyanın siyasi mərkəzlərinin davranışları da bunu təsdiq edir. Misal olaraq özünün ən uğurlu dövrünü yaşayan ABŞ-Azərbaycan münasibətlərini, həmçinin Avropa İttifaqı rəhbərlərinin son dövrlər rəsmi Bakı ilə əlaqələri intensivləşdirmək həvəsini göstərmək olar.

Bütün bu reallıqların beynəlxalq media vasitəsilə məhz Şuşadan dünyaya çatdırılması isə yalnız rəmzi məna daşımır. Bu, həm də dünyada sülh quruculuğuna, münaqişələrin ədalətli həllinə Azərbaycanın çağırışıdır.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib
Sonrakı: Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Bölmənin digər xəbərləri

b86SiaX3ck9FqzFS0UOujv
  • Siyasət

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

Cavidan 21 Oktyabr, 2026
6cfa4b76-74f1-39d8-a59v
  • Gündəm

Bir qrup energetik təltif edilib – Sərəncam

Cavidan 19 Oktyabr, 2026
BVSpZcyrH8UTPC4Mpmn
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Cavidan 16 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom bazar Birbank biznes Business Counterpoint Research Cyberpunk Edgerunners Elektromobil Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Planşetlər Reytinq Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 318)
  • Dünya (1. 087)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (240)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (442)
  • Texnologiya (21)

Xəbər Trendi

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları b86SiaX3ck9FqzFS0UOujv 1
  • Siyasət

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

21 Oktyabr, 2026
Sabah rayonlarda yağış yağacaq bDMKw8eEq6OhRqRq2 v 2
  • Cəmiyyət

Sabah rayonlarda yağış yağacaq

21 Oktyabr, 2026
Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi Ekran şəkli 2026-10-21 121006 3
  • Kateqoriyasızlar

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

21 Oktyabr, 2026
Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb mhWVGM1DblBw V 4
  • Dünya

Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb

21 Oktyabr, 2026
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək 192d69e8-2e1b-b 5
  • Cəmiyyət

Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək

21 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3318) Dünya (1087) Gündəm (3469) Kateqoriyasızlar (240) Kriminal (302) Mədəniyyət (97) Siyasət (442) Texnologiya (21) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 3
  • 260
  • 180
  • 5. 055

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.