Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
  • Siyasət

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət
Cavidan 1 İyun, 2026
Screenshot 2026-06-01 161848

Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək.

Bunu Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları təqdim edir.

“Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik”.

Prezident Azərbaycanın emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratdığını da vurğulayıb.

“Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər”.

İlham Əliyev Azərbaycanın mövcud qaz ehtiyatlarının ən azı növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcəyini də ifadə edib:

“Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb
Next: ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026
Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026
aj1mmDpj3XS6niqa8Se b
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.