Skip to content
8 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
  • Siyasət

İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

Cavidan 1 İyun, 2026
Screenshot 2026-06-01 113930

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən bu mötəbər tədbirdə səmimi-qəlbdən salamlayıram.

Artıq uzun illərdir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir.

Ölkəmizin enerji tarixi zəngin ənənələrə və mühüm tarixi nailiyyətlərə əsaslanır. Hələ XIX əsrdə Azərbaycanda müasir neft sənayesinin formalaşması ölkəmizi qlobal enerji tarixinin aparıcı mərkəzlərindən birinə çevirmişdir. XX əsr Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq enerji tərəfdaşlıqlarının formalaşdığı dövr olmuşdur. XXI əsrdə isə ölkəmiz artıq “yaşıl enerji”yə keçid və dayanıqlı enerji modelinin qurulması istiqamətində yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir. Cari il enerji sahəsində bir sıra əlamətdar hadisələrlə yadda qalır. Xüsusilə, “Şahdəniz” qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 illiyi və bu yataqdan kommersiya qaz hasilatına başlanmasının 20 illiyi Azərbaycanın qlobal enerji bazarında güclü mövqeyini və ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Hazırda dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilmişdir.

Ölkəmiz də “yaşıl enerji” istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.

Azərbaycanın zəngin bərpa olunan enerji potensialı “yaşıl enerji” istiqamətində uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Beynəlxalq enerji şirkətləri ilə irihəcmli “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin qlobal enerji sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Dünya İqtisadi Forumunun enerji keçidi ilə bağlı hesabatında Azərbaycanın qabaqcıl mövqelərdə qərarlaşması da bunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Bərpa olunan enerji sahəsində mövcud potensialın reallaşdırılması və “yaşıl enerji” imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfləridir. Bu yanaşma enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Həmin mərhələdə əsas prioritetlər enerji resurslarının səmərəli idarə olunması ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqidir.

Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində “yaşıl enerji zonası” modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da “yaşıl enerji zonası” elan edilməsinə zəmin yaratmışdır.

Əminəm ki, “Bakı Enerji Həftəsi” bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürümü bildirir, hər birinizə uğurlu əməkdaşlıq, məhsuldar müzakirələr və yeni nailiyyətlər arzulayıram!”.

Post navigation

Previous: Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq
Next: BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

Bölmənin digər xəbərləri

vcrMyLIl9JHkUe V
  • Gündəm

İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib

Cavidan 8 Sentyabr, 2026
Снимок экрана 2026-09-04 183017
  • Gündəm

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli – ŞƏRH

Cavidan 4 Sentyabr, 2026
Снимок экрана 2026-09-04 154310
  • Siyasət

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Cavidan 4 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 098)
  • Dünya (1. 052)
  • Gündəm (3. 356)
  • İdman (233)
  • İqtisadiyyat (160)
  • Kateqoriyasızlar (207)
  • Kriminal (281)
  • Mədəniyyət (95)
  • Siyasət (410)
  • Texnologiya (15)

Xəbər Trendi

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib 6aa002d55155f6aa002d5515601788871381523e63492f7e0ac51e8e87f961b820cc 1
  • Cəmiyyət

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

8 Sentyabr, 2026
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb 6a9ffe222827 v 2
  • Cəmiyyət

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

8 Sentyabr, 2026
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub Снимок экрана 2026-09-08 161221 3
  • Cəmiyyət

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

8 Sentyabr, 2026
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub Снимок экрана 2026-09-08 152755 4
  • Cəmiyyət

Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub

8 Sentyabr, 2026
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib Снимок экрана 20 v 5
  • Cəmiyyət

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

8 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3098) Dünya (1052) Gündəm (3356) Kateqoriyasızlar (207) Kriminal (281) Mədəniyyət (95) Siyasət (410) Texnologiya (15) İdman (233) İqtisadiyyat (160)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.