Skip to content
10 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur
  • Gündəm
  • Siyasət

9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur

Bu gün Azərbaycanda 9 May – faşizm üzərində qələbənin ildönümüdür.Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm
Cavidan 9 May, 2026
Screenshot 2026-05-09 082034

Bu gün Azərbaycanda 9 May – faşizm üzərində qələbənin ildönümüdür.

Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib.

Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Hüseynbala Əliyev və digər azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar.

Faşizm üzərində qələbədə Bakı nefti də həlledici amillərdən biri sayılır. Müharibə dövründə SSRİ-də hasil olunan neftin böyük hissəsi Azərbaycanın payına düşüb. 1941-ci ildə respublikada 23,5 milyon ton neft hasil olunub ki, bu da ümumi ittifaq istehsalının 70 faizdən çoxunu təşkil edib. Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində cəbhə yanacaqla fasiləsiz təmin edilib. Həmin dövrdə istifadə olunan hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Müharibə illərində Bakı yalnız sənaye və yanacaq mərkəzi deyil, həm də mühüm arxa cəbhə şəhəri olub. Burada minlərlə yaralı əsgər müalicə edilib, müxtəlif bölgələrdən təxliyə olunan insanlar və müəssisələr yerləşdirilib. Eyni zamanda, müttəfiqlərin Sovet İttifaqına göndərdiyi hərbi texnika, silah-sursat və digər yüklərin mühüm hissəsi lend-liz proqramı çərçivəsində Azərbaycan üzərindən daşınıb.

Azərbaycan alimləri də müharibə dövründə cəbhə üçün mühüm layihələr həyata keçiriblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli aviasiya benzininin istehsalı texnologiyası hazırlanıb.

2026-cı il aprelin 24-də Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 9 May Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. İkinci Dünya müharibəsi isə bəşəriyyət tarixinin ən faciəli hadisələrindən biri hesab edilir – müharibə nəticəsində 60 milyona yaxın insan həyatını itirib.

Post navigation

Previous: ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb
Next: Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-08 160001
  • Siyasət

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Cavidan 8 Avqust, 2026
Screenshot 2026-08-08 151717
  • Dünya

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Cavidan 8 Avqust, 2026
Screenshot 2026-08-08 140006
  • Siyasət

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Cavidan 8 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 909)
  • Dünya (1. 003)
  • Gündəm (3. 256)
  • İdman (214)
  • İqtisadiyyat (149)
  • Kateqoriyasızlar (185)
  • Kriminal (264)
  • Mədəniyyət (92)
  • Siyasət (395)
  • Texnologiya (15)

Xəbər Trendi

Sabah yağış yağacaq, güclü külək əsəcək Screenshot 2026-08-10 124503 1
  • Cəmiyyət

Sabah yağış yağacaq, güclü külək əsəcək

10 Avqust, 2026
Sabah Astarada qaz olmayacaq Screenshot 2026-08-10 121949 2
  • Cəmiyyət

Sabah Astarada qaz olmayacaq

10 Avqust, 2026
Litvanın Baş naziri İlham Əliyevə zəng edib Screenshot 2026-08-10 114109 3
  • Cəmiyyət

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

10 Avqust, 2026
Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb Screenshot 2026-08-10 110047 4
  • İdman

Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb

10 Avqust, 2026
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var Screenshot 2026-08-10 094001 5
  • Kriminal

Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

10 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2909) Dünya (1003) Gündəm (3256) Kateqoriyasızlar (185) Kriminal (264) Mədəniyyət (92) Siyasət (395) Texnologiya (15) İdman (214) İqtisadiyyat (149)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.