Skip to content
27 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
  • Gündəm
  • Siyasət

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına
Cavidan 20 Aprel, 2026
Screenshot 2026-04-20 091250

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

“Xanımlar və cənablar,

Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.

Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar.

Xanımlar və cənablar,

Azərbaycan inklüziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.

Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 – İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.

Sonda, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq. Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edirəm.

Bu iclasın işinə uğurlar arzu edirəm. Sağ olun”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
Sonrakı: Bakıda qəza olub, motosikletçi ölüb

Bölmənin digər xəbərləri

GsFu997Zdfv
  • Cəmiyyət

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

Cavidan 27 Oktyabr, 2026
6cfa4b76-74f1-39d8-b
  • Siyasət

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Cavidan 26 Oktyabr, 2026
trend_fhn_building_bina_180912 v
  • Gündəm

Zığda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB

Cavidan 24 Oktyabr, 2026

Teqlər

AI Aktivlərin idarə edilməsi Android AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese Bank infrastrukturu biznes Business ChatGPT Elektromobil Epic Games Store Google Chrome HDD JBOD NAS Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Qadcetlər QNAP Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science smartfon spacex SSD Süni intellekt SİMA İmza Tesla Texnologiya TravelLite Təhlükəsizlik USB 4 World İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 351)
  • Dünya (1. 096)
  • Gündəm (3. 477)
  • İdman (255)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (243)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (446)
  • Texnologiya (35)

Xəbər Trendi

Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi 1
  • Texnologiya

Apple OLED displeyli və A20 Pro çipli yenilənmiş iPad mini təqdim etdi

27 Oktyabr, 2026
OpenAI müstəqil şəkildə kompüterdə işləmək üçün ultra sürətli və ucuz model olan GPT-6.1 Terra-nı buraxdı OpenAI müstəqil şəkildə kompüterdə işləmək üçün ultra sürətli və ucuz model olan GPT-6.1 Terra-nı buraxdı 2
  • Texnologiya

OpenAI müstəqil şəkildə kompüterdə işləmək üçün ultra sürətli və ucuz model olan GPT-6.1 Terra-nı buraxdı

27 Oktyabr, 2026
Sabah Azərbaycanda hava yağışlı olacaq i1uBfSztfVvJBghi0sJt9R n 3
  • Kateqoriyasızlar

Sabah Azərbaycanda hava yağışlı olacaq

27 Oktyabr, 2026
MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib nvmDLBArWu82AY9 b 4
  • Cəmiyyət

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

27 Oktyabr, 2026
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib sHVe2XdIN0CPm1L0eGqrv 5
  • Cəmiyyət

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

27 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3351) Dünya (1096) Gündəm (3477) Kateqoriyasızlar (243) Kriminal (305) Mədəniyyət (97) Siyasət (446) Texnologiya (35) İdman (255) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 3
  • 3
  • 6. 616

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.