Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Aktau qurbanlarına ucaldılan memorial abidə – Kreml susmaqda davam edir  – ŞƏRH
  • Siyasət

Aktau qurbanlarına ucaldılan memorial abidə – Kreml susmaqda davam edir  – ŞƏRH

AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından beş ay keçsə də, ortada nə bir rəsmi üzrxahlıq, nə də kompensasiya
Cavidan 27 May, 2025
79837165-8477-36ee-8308-b6a520512070_850

AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından beş ay keçsə də, ortada nə bir rəsmi üzrxahlıq, nə də kompensasiya var. Kifayət qədər uzun müddətdir və indiyə kimi bütün məsələlər həllini tapa bilərdi. Lakin nə təyyarəni vuranlar məsuliyyətə cəlb olunub, nə də müəyyən təzminat və ya kompensasiya ödənilib.

Bu müddət ərzində şimal qonşumuz nəinki özünün məsuliyyətini dərk edib, hətta üzərinə düşən öhdəlikləri icra etməkdən də yayınıb. Hadisə ilə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlanmır, qəsdən bürokratik vasitələrlə istintaqın aparılması əngəllənir. Ötən aylar da göstərdi ki, qarşı tərəf bu məsələdə obyektiv, şəffaf mövqe tutmaq niyyətində deyil.

Məlumat üçün bildirək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşüb. Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan 29 nəfər sağ qalıb. Belə bir faciəli hadisədə 29 nəfərin sağ qalması məhz ekipaj üzvlərinin qəhrəmanlığı sayəsində mümkün olub. Pilotlar təyyarəni suya deyil, məhz yerə endirməklə həm 29 nəfərin həyatını xilas ediblər, həm də sübutların silinməsinə imkan verməyiblər.

Hazırda Aktau yaxınlığında, AZAL təyyarəsinin düşdüyü yerdə bir qrup Qazaxıstan vətəndaşının şəxsi vəsaiti hesabına memorial abidə qoyulub. Hadisənin törədilməsinə birbaşa məsul olan Kreml isə diplomatik sükut nümayiş etdirir. Uzanmış araşdırma fonunda faciə yerində xalq memorialının yaradılmasını da görməzdən gəlir. Bu memorial abidə Rusiyanın rəsmi qurumlarının laqeydliyi ilə təzad təşkil edən insan həmrəyliyi və kədərinin simvoluna çevrilib. Lakin memorial sükutun arxasında hələ də əsas sual səslənir: fəlakətə görə kim məsuliyyət daşıyır?

Rusiya tərəfinin indiyə kimi nə bir sözü, nə üzrü, nə də cavabı var ortada. Yalnız bir dəfə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib və hər kəsi “araşdırmanın ilk nəticələrini gözləməyi” tövsiyə edib.

Bəs Rusiyanın hədəfi nədir? Şübhəsiz ki, proses unudulana qədər vaxt uzatmaq. Lakin anlamırlar ki, bu, baş verməyəcək. Azərbaycan dəfələrlə bəyan edib ki, hadisənin günahkarları məsuliyyətə cəlb olunmalıdır, baş verənləri unutmamaqla yanaşı, bağışlamaq fikrində də deyil. Bunu Prezident İlham Əliyev də ilk günlərdən sərt, prinsipial mövqeyi ilə dəfələrlə aydın şəkildə izah etdi. Dövlət başçısı bir neçə dəfə vurğulayıb ki, Azərbaycan ədalətə, şəffaflığa və beynəlxalq əməkdaşlığa yönəlmiş dövlətdir. Buna görə də Azərbaycan Rusiyadan AZAL reysi ilə bağlı nə baş verdiyini izah etməyi gözləyir.

Azərbaycan ilk gündən bəyan etdi ki, məsələnin beynəlxalq instansiyalara çıxarılmasına qarşı da deyil. Necə ki, Niderlandın müraciəti əsasında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində baş verən MH17 reysi qəzasında məsuliyyət daşıdığını tanıyıb. ICAO Şurasının qənaətincə, Rusiya öz hərəkətləri ilə beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəanı pozub. Yaxınlarda da Rusiyanın zərəri necə ödəməli olduğu məsələsi nəzərdən keçiriləcək.

Beş ay ərzində Rusiya susqunluq nümayiş etdirməklə yanaşı, sakit də durmadı. Nələr müşahidə etdik? Azərbaycanın aparıcı media strukturlarına kiberhücumlar təşkil edildi, özü də dəfələrlə. Rusiya unudur ki, sükut nümayiş etdirməsi Azərbaycanda mənfi qarşılanır, burada həlak olanların ailələri qeyri-müəyyənlik içində yaşamağa davam edir.

Lakin bu susqunluq, prosesin unudulmağa çalışılmasının da bir sonu var. Azərbaycan prosesin uzadılmasına göz yummaq, baş verənləri unutmaq fikrində deyil. Proses beynəlxalq müstəviyə yüksəlməmiş Rusiya məsuliyyətini dərk etməli və üzərinə düşənləri yerinə yetirməlidir.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Motodromda yanğın başlayıb
Sonrakı: Ermənistan XİN: “3+3” formatında nazirlərin növbəti görüşünü qəbul etməyə hazırıq

Bölmənin digər xəbərləri

OtKJUR1hbZ6LjwNIZ b
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Cavidan 12 Oktyabr, 2026
QmBsyGYfDNOEEUoaSNCeV
  • Siyasət

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Cavidan 12 Oktyabr, 2026
IVZME0LJqPupDFt3 b
  • Siyasət

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Cavidan 9 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 266)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (247)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 1
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026
XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir vvv 2
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

13 Oktyabr, 2026
AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri 3
  • Texnologiya

AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri

13 Oktyabr, 2026
AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı 4
  • Texnologiya

AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı

13 Oktyabr, 2026
Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq AZkdKUX7yURgCSsI V 5
  • Cəmiyyət

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3266) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (247) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 110
  • 103
  • 4. 577

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.