Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Şəhər tıxaclarda boğulmağa başlayıb” – Prezident
  • Gündəm
  • Siyasət

“Şəhər tıxaclarda boğulmağa başlayıb” – Prezident

Cavidan 8 Yanvar, 2025
ilham_eliyev8

“Tariflərə gəldikdə, bir tarif var dəmir yolu, bir tarif var beynəlxalq liman, bir tarif də var gəmiçilik tətbiq edir və bu tariflər arasında uyğunsuzluq var. Yəni, bir çox digər detallar var ki, bu, vahid sistemin yaranmasına ehtiyac yaradıb və biz bunu yaratmışıq və mən əminəm ki, formalaşmaqda olan bu qurum tezliklə, necə deyərlər, öz səmərəliliyini göstərəcək”.

Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bununla paralel olaraq, şəhər nəqliyyatı problemləri də göz önündədir: “Biz vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik. İndi bir çoxlarının yadından bəlkə də çıxıb, xüsusilə gənc nəsil bəlkə də bunu heç bilmir. Vaxtilə nə qədər problemlər var idi, hətta bax, buradan şəhərə getmək üçün, neçə dairə var idi. Mərdəkan dairəsi, Sabunçu dairəsi, Koroğlu dairəsi, ondan sonra Suraxanı dairəsi, hər dairədə tıxac, həmin o aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, yəni beton yolu adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Bunları sadalamaqla vaxt gedə bilər. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi”.

İlham Əliyev, həmçinin qeyd edib: “Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır. Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”.

Post navigation

Previous: Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vaxt limiti sona çatdı
Next: Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi – Video

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 153540
  • Cəmiyyət

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 150832
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-24 161109
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 997)
  • Dünya (1. 029)
  • Gündəm (3. 311)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (400)
  • Texnologiya (15)

Xəbər Trendi

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ Screenshot 2026-08-25 171633 1
  • Cəmiyyət

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust, 2026
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir Screenshot 2026-08-25 165608 2
  • Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

25 Avqust, 2026
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM Screenshot 2026-08-25 163603 3
  • Cəmiyyət

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM

25 Avqust, 2026
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ Screenshot 2026-08-25 160057 4
  • Cəmiyyət

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

25 Avqust, 2026
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib Screenshot 2026-08-25 153540 5
  • Cəmiyyət

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2997) Dünya (1029) Gündəm (3311) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (400) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.