Skip to content
14 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Ümid edirik ki, Ermənistan ev tapşırığını yerinə yetirəcək
  • Siyasət

Ümid edirik ki, Ermənistan ev tapşırığını yerinə yetirəcək

Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən
Cavidan 18 Dekabr, 2021
prezident-xocavend3

Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilmişdir. Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük dəyər veririk.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

“Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi. Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi. Əlbəttə, biz postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik. Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək. Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Biz, həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı. Mən çox məmnunam”, – Prezident bildirib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi
Next: Dedim ki, pulu bizə verməyin… – Prezident

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-10 152615
  • Siyasət

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-03 125225
  • Gündəm

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Cavidan 3 İyun, 2026
Screenshot 2026-06-01 172355
  • Siyasət

Monteneqro Prezidenti Azərbaycan liderini təbrik edib

Cavidan 1 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 592)
  • Dünya (3. 406)
  • Gündəm (11. 872)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 003)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib Screenshot 2026-06-13 145738 1
  • Cəmiyyət

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

13 İyun, 2026
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb Ekran şəkli 2026-06-12 173806 2
  • Cəmiyyət

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

12 İyun, 2026
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var Ekran şəkli 2026-06-12 165610 3
  • Dünya

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

12 İyun, 2026
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb Ekran şəkli 2026-06-12 162203 4
  • Cəmiyyət

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

12 İyun, 2026
Xüsusi qabiliyyət imtahanlarına start verilir 6a2be826bf8a66a2be826bf8a7178126 b 5
  • Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

12 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9592) Dünya (3406) Gündəm (11872) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3003) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.