Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 350)
  • Dünya (3. 347)
  • Gündəm (11. 696)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Qazaxıstanla birgə layihələrin reallaşdırılmasında maraqlıyıq – Prezident

Cavidan 25 Oktyabr, 2024

Azərbaycan qardaş Qazaxıstanla iqtisadiyyat, nəqliyyat-logistika, rəqəmsallaşma, infrastruktur, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə səmərəli tərəfdaşlığın inkişaf etdirilməsində və birgə layihələrin reallaşdırılmasında maraqlıdır.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bu ölkənin milli bayramı – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubunda Azərbaycan xalqı adından ən xoş arzularını çatdıran Prezident İlham Əliyev qeyd edib: “Sizin qardaş Qazaxıstanın hərtərəfli inkişafına yönəlmiş qətiyyətli siyasətiniz və həyata keçirdiyiniz islahatlar nəticəsində ölkəniz mühüm nailiyyətlər və uğurlar əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Qazaxıstana hər səfərimdə çiçəklənən və müasir bir diyara çevrilmiş ölkənizi görməkdən böyük qürur duyuram”.

Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan, qarşılıqlı inam və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin və əməkdaşlığının gündən-günə genişlənərək yeni məzmunla zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayan dövlətimizin başçısı əlavə edib: “Qarşılıqlı ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır. Bu mənada cari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etmək istərdim”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi, xalqlarımızın firavanlığı, ölkələrimizin və regionumuzun rifahı naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylər bundan sonra da uğurla davam etdiriləcək.

Continue Reading

Previous: Göygöldə dəhşətli qəza: ölən və yaralananların kimliyi açıqlandı
Next: İlham Əliyev bu 2 sazişi təsdiqlədi

Bölmənin digər xəbərləri

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib
  • Cəmiyyət

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib

1 May, 2026
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək
  • Cəmiyyət

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

1 May, 2026
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
  • Cəmiyyət

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

1 May, 2026

Top 7 Xəbər

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib 1

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib

1 May, 2026
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 2

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

1 May, 2026
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 3

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

1 May, 2026
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək 4

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

1 May, 2026
Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 5

Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI

1 May, 2026
Milli Məclisin iclası başladı 6

Milli Məclisin iclası başladı

1 May, 2026
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 7

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 350)
  • Dünya (3. 347)
  • Gündəm (11. 696)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9350) Dünya (3347) Gündəm (11696) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib 1 May, 2026
  • Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 1 May, 2026
  • Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 1 May, 2026
  • “Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək 1 May, 2026
  • Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.