Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 355)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

“3+3” formatı – regional müzakirələr meydanı, əməkdaşlığa doğru addımlar – ŞƏRH

Türkiyədə “3+3” formatının (Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, İran) növbəti görüşü keçiriləcək. Bu tərəflərin sayca üçüncü görüşüdür. Bundan
Cavidan 17 Oktyabr, 2024

Türkiyədə “3+3” formatının (Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, İran) növbəti görüşü keçiriləcək. Bu tərəflərin sayca üçüncü görüşüdür. Bundan əvvəl birinci toplantı 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci görüş isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra üçüncü görüş isə oktyabrın 18-də İstanbulda keçiriləcək.

Moskva toplantısında iqtisadiyyat, energetika, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, təhsil, mədəniyyət, turizm kimi sahələr üzrə əməkdaşlığın perspektivi nəzərdən keçirilmişdi.

Görüş iştirakçıları bütün bu kimi istiqamətlər üzrə əməkdaşlığa dair razılıq əldə ediblər.

Xarici işlər nazirlərinin toplantının sonunda qəbul etdikləri birgə bəyanatda münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi, insan hüquqlarına hörmətlə yanaşmağın vacibliyi vurğulanıb.

Bəyanatda ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti də xüsusi vurğulanıb.

"3+3" formatı - regional müzakirələr meydanı, əməkdaşlığa doğru addımlar - ŞƏRH

Onda sənəd Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirləri adından yayılmışdı. Rəsmi Tbilisi “3+3” formatında əvvəldən Rusiya-Gürcüstan münasibətlərinə görə təmsil olunmur. Onların İstanbul toplantısına qatılmamalarının oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğu istisna deyil. Çünki son zamanlar Moskva ilə Tbilisi arasında nəzərə çarpacaq dərəcədə istilik yaranıb. Görünür, tədbirdə iştirak etməklə Gürcüstan hökuməti müxalifətə tənqid üçün əsas vermək istəmir.

Ancaq “Gürcü Arzusu” Partiyası qarşıdan gələn siyasi kampaniyada qalib gələcəyi halda növbəti toplantılara Gürcüstan nümayəndəsinin də qatılacağını ehtimal etmək olar. Düzdür, ölkə XİN-i adından yayılan açıqlamada rəsmi Tbilisinin nümayəndəsinin iştirak etməyəcəyi qeyd olunub: “Gürcüstan bu formatda iştirak etməyəcəyini artıq çoxdan bildirib”. Ancaq bu tip regional məsələlərdən heç bir tərəfə ziyan dəymir. Bu, Cənubi Qafqaz ölkələri ilə onların əhatəsində olan dövlətlərin təhlükəsizlik, əməkdaşlığa dair birgə formatıdır. Orada müzakirə olunan məsələlər Gürcüstan üçün faydalı sayılır. Xüsusən suverenlik, ərazi bütövlüyü, bir-birinin daxili işlərinə müdaxilə edilməməsi kimi məsələləri bura aid etmək olar.

Gürcüstanın tutduğu mövqedən asılı olmayaraq “2+3” formatı davam edir.

Budəfəki toplantı Cənubi Qafqazda və Yaxın Şərqdə baş vermiş hadisələrdən sonra keçirilir. İkinci görüş keçiriləndə Azərbaycan antiterror tədbiri keçirmiş, HƏMAS İsrailə hücum etmişdi. Ancaq onda bu hadisələr yenicə baş verdiyindən bəzi məsələlərə aydınlıq gətirilməmişdi.

Bu toplantıda Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan XİN başçılarının ikitərəfli, hətta Azərbaycan-Türkiyə- Ermənistan nazirlərinin üçtərəfli görüşü belə mümkündür. Tərəflər arasında müzakirə olunacaq məsələlər isə yetərincədir. Odur ki, “2+3” formatının ən önəmli tərəfi bölgədəki və onun ətrafındakı ölkələrin rəsmilərinin danışıqlar aparması, müəyyən razılıqlar əldə etməsidir.

Tərəflərin HƏMAS-İsrail, “Hizbullah”-İsrail silahlı münaqişəsinə yanaşması da mümkündür. Çünki bu mövzunun müzakirə edilməsində ən çox marağı İranın göstərəcəyi ehtimalı çoxdur. Son günlər ölkənin xarici işlər naziri Abbas Ərakçinin ərəb dövlətlərinə səfəri Tehranın son həftələr regionda baş verənlərdən daha çox narahat olduğunu göstərir. Bu baxımdan həmin vəziyyətin bu formata da sirayət edəcəyi istisna olunmur.

Rusiya-Ukrayna müharibəsinə Azərbaycan və Türkiyə eyni mövqedən yanaşır. Ermənistanın həmin hadisəyə yanaşması isə yarıqaranlıqdır. Onlar üzdə Ukraynanı müdafiə etdiklərini bildirsələr də, sanksiyaya məruz qalan Rusiya məhsullarının “qara bazar”a çıxmasına şərait yaradırlar. Bu isə müharibənin maliyyələşəməsinə bütün hallarda dəstək vermək anlamına gəlir. İranla Rusiya Ukraynadakı savaşa yaxın mövqedən yanaşırlar. Ancaq Moskva və Tehran arasında əhatəli razılaşma müqaviləsi hələ də imzalanmayıb. Bu baxımdan İstanbul görüşündə Rusiya XİN başçısı Sergey Lavrovun iranlı həmkarı Abbas Ərakçinin ikitərəfli görüşdə mövzuya toxunacaqları da istisna edilmir.

Görüşdə COP-29 sammitinə, regionda ətraf mühitin qorunmasına tərəflərin münasibət bildirməsi də ekoloji vəziyyətin yaxşılaşmasına dəstək olar.

Bəhs etdiyimiz formatın üçüncü dəfə keçirilməsi onun bölgə ilə bağlı məsələlərin müzakirəsi baxımdan əhəmiyyətinin göstəricisidir. Görüşlərdə qəbul edilmiş bəyanatların isə perspektivdə regional əməkdaşlığı əhatə edən müqavilələr səviyyəsinə yüksəlməsi də mümkündür. Çünki formatda əldə edilən razılıq, açıqlamalar həm də qlobal təhlükəsizliyin qorunmasını və əməkdaşlığı təşviq edir.

Cənubi Qafqazda sülh, təhlükəsizlik, əməkdaşlıq həm də regionda marağı olan başqa güclərin də mənafeyinə zidd deyil. Azərbaycan və Türkiyə istisna olmaqla “3+3” formatının iştirakçıları heç də hamısı eyni mövqeyi təmsil etmirlər. Ancaq beynəlxalq arenadakı mövcud vəziyyət tərəflərin müzakirələr aparmasını daha zəruri edir. Odur ki, bu görüşlərdən qıcıqlanmaq Cənubi Qafqazda sabitliyə, əməkdaşlığı, təhlükəsizliyə ziyan vurar.(Report)

Continue Reading

Previous: Bakıda torpaq SÜRÜŞMƏSİ
Next: Naxçıvanda erkən nikahın qarşısı alındı

Bölmənin digər xəbərləri

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı
  • Cəmiyyət

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
  • Cəmiyyət

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib
  • Cəmiyyət

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib

1 May, 2026

Top 7 Xəbər

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 1

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

1 May, 2026
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 2

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

1 May, 2026
Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 3

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər 4

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026
Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib” 5

Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib”

1 May, 2026
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib 6

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib

1 May, 2026
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 7

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 355)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9355) Dünya (3347) Gündəm (11698) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 1 May, 2026
  • Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 1 May, 2026
  • Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 1 May, 2026
  • Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər 1 May, 2026
  • Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib” 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.