![](https://addim.az/wp-content/uploads/2024/06/sisi.jpg)
Cənab Prezidentə (Prezident İlham Əliyevə – red.) Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim.
Bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Bu səylərin region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacağını vurğulayan Misir Prezidenti deyib:
“Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq”.