Skip to content
17 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 247)
  • Dünya (3. 326)
  • Gündəm (11. 608)
  • İdman (640)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (482)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür

Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür. “Unikal” xəbər verir ki, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə
Cavidan 25 Noyabr, 2021

Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür.

“Unikal” xəbər verir ki, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Lakin verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törədib, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Bunun nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb, partlayışda “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Qeyd edək ki, üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu, 6-cı bəndinə əsasən, dekabrın 1-də isə Laçın rayonu da Azərbaycana qaytarılıb.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

Continue Reading

Previous: Yoluxanların sayı açıqlandı
Next: Baş nazirdən Şuşa ilə bağlı QƏRAR

Bölmənin digər xəbərləri

Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var
  • Cəmiyyət

Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var

17 Aprel, 2026
Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq”
  • Cəmiyyət

Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq”

17 Aprel, 2026
Sabah 23 dərəcə isti olacaq
  • Cəmiyyət

Sabah 23 dərəcə isti olacaq

17 Aprel, 2026

Top 7 Xəbər

“Reuters”: İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər 1

“Reuters”: İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

17 Aprel, 2026
Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var 2

Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var

17 Aprel, 2026
Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq” 3

Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq”

17 Aprel, 2026
Sabah 23 dərəcə isti olacaq 4

Sabah 23 dərəcə isti olacaq

17 Aprel, 2026
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 5

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

17 Aprel, 2026
Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında 6

Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında

16 Aprel, 2026
Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib 7

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib

16 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 247)
  • Dünya (3. 326)
  • Gündəm (11. 608)
  • İdman (640)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (482)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9247) Dünya (3326) Gündəm (11608) Kateqoriyasızlar (482) Kriminal (1371) Mədəniyyət (346) Siyasət (2981) Texnologiya (14) İdman (640) İqtisadiyyat (587)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Reuters”: İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər 17 Aprel, 2026
  • Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var 17 Aprel, 2026
  • Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq” 17 Aprel, 2026
  • Sabah 23 dərəcə isti olacaq 17 Aprel, 2026
  • Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 17 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.