Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İran Zəngəzur dəhlizinə qarşı niyə dirəniş göstərir?
  • Gündəm
  • Siyasət

İran Zəngəzur dəhlizinə qarşı niyə dirəniş göstərir?

İran rəsmilərinin Zəngəzur dəhlizinin açılmaması ilə bağlı təhdid xəbərdarlıqları, geniş əks-təbliğat kampaniyaları və məsələnin mahiyyətini təhrif etmək cəhdləri
Cavidan 6 Oktyabr, 2023
zengezur-dehliz (1)

İran rəsmilərinin Zəngəzur dəhlizinin açılmaması ilə bağlı təhdid xəbərdarlıqları, geniş əks-təbliğat kampaniyaları və məsələnin mahiyyətini təhrif etmək cəhdləri Tehran hakimiyyətinin sülhə qarşı olan mahiyyətindən irəli gəlir.

Addim.az axar.az-a istinadən bildirir ki, Tehran rejiminin məsələyə belə yanaşması, Zəngəzur dəhlizinin açılmasına qarşı sərt mövqe göstərməsi, əslində, bölgədə gərginliyin artmasına xidmət edir.

İran Prezidenti İbrahim Rəisinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə “Zəngəzur dəhlizi NATO-nun Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq” iddiasının absurd olduğu bəri başdan məlumdur.

ABŞ başda olmaqla Qərb ölkələri qüvvələrinin bölgədə, xüsusən, İran körfəzi və Oman dənizində mövcudluğuna səbəb olan İran hakimiyyətinin başqa ölkələri buna görə ittiham etməsi yersizdir.

İran ayətullahları “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirə-səsləndirə ABŞ qüvvələrinin bölgədə yerləşməsinə əsas verib, onların siyasi və maddi maraqlarının təmin edilməsində əhəmiyyətli rol oynayıblar. İranın İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ və başqa ölkələri davamlı təhdid etməsi, bu ölkələrin İran təhdidlərindən qorunmaq üçün ABŞ və başqa Qərb ölkələrinə yaxınlaşmaları, ABŞ hərbi qüvvələrinin bölgəyə yerləşdirilməsi ilə nəticələnib.

Tehran hakimiyyətinin Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması bu rejimin sülh və sabitliyi özünə təhlükə hesab etdiyini açıq-aşkar göstərir. Ayətullahların 44 illik hakimiyyətiləri dövründə sülh və sabitliyə qarşı olan əməlləri, “islam inqibının ixracı”nı reallaşdırmaq üçün qonşu ölkələrdə yaratdıqları terror şəbəkələri də buna nümunədir. Onlar Zəngəzur dəhlizinin açılmasının bölgə ölkələri və xalqları üçün sülhün və rifahın təmin olunması istiqamətindəki əhəmiyyətini yaxşı bilirlər. Ancaq, görünür, Tehran rəsmilərini məhz bölgə xalqlarının firavanlığı və iqtisadi rifahı narahat edir.

Ona görə ki, sülh, sabitlik və rifahın hakim olması xalqların İran ayətullahlarının siyasi-ideoloji təbliğatının təsirinə düşməməsinə səbəb olacaq. Bu isə İranda qan, qırğın və qeyri-humanist ideologiya üzərində qurulan sistemin çökməsi ilə nəticələnə bilər.

Bununla yanaşı, İran mollaları və şovinist dairələrinin Azərbaycan Respublikasına qarşı qısqanc mövqeləri də bu məsələdə əhəmiyyətli rol oynayır. İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazinin “İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək” ifadəsi onların erməni təəssübkeşliyindən daha çox Azərbaycana düşmənçiliyindən xəbər verir.

30 il Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına göz yuman İran hakimiyyətinin yerli-dibli mövcud olmayan məsələni müzakirəyə qaldırması, “Ermənistan torpağının işğalına dözməyəcəyi barədə təhdidləri” Tehranın Azərbaycana qarşı qərəzli münasibətinə növbəti nümunədir. Xüsusən, son həftələr Zəngəzur dəhlizi mövzusu iranlı cümə imamlarının həftəlik çıxışlarında səsləndirilən əsas mövzulardan birinə çevrilib.

Məlumdur ki, cümə imamları Əli Xameneinin əyalətlərdəki nümayəndələridirlər və onların həftəlik çıxışlarının mövzuları İran rəhbərinin ofisi tərəfindən müəyyən edilir.

Bu din xadimlərinin Zəngəzur dəhlizini bəhanə edərək Azərbaycana qarşı çıxışları və erməni təəssübleşlikləri həm də Əli Xameneinin azərbaycanlılara və müsəlmanlara qarşı mövqeyinin təzahürüdür.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rusiyada 150 nəfər kran suyundan zəhərləndi
Next: Bu gün 5 rayonda qaz kəsiləcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.