Skip to content
12 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 884)
  • Dünya (3. 186)
  • Gündəm (11. 107)
  • İdman (620)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 940)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • XİN Paşinyana CAVAB VERDİ
  • Gündəm
  • Siyasət

XİN Paşinyana CAVAB VERDİ

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya “etnik təmizləmə”yə məruz qaldığı barədə 28
Cavidan 28 Sentyabr, 2023

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya “etnik təmizləmə”yə məruz qaldığı barədə 28 sentyabr 2023-cü il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Bu cür həyəcan təbili çalan rəvayət, Ermənistan Baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, o cümlədən Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstərdiyi səyləri pozmağa və Azərbaycan ilə Ermənistan arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib.

Ermənistan rəhbərliyi, Azərbaycanın mərkəzi hökumət institutlarının operativ şəkildə Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün zəruri humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə və təcili ehtiyaclarının ödənilməsinə başladığını nəzərdən qaçırır.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq.

Ermənistan, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına fokuslanmalıdır”, – açıqlamada qeyd olunub.

Continue Reading

Previous: Prezident Zəngilan kəndinin təməlini qoydu
Next: Türk dünyası üçün xidmətləri unudulmayacaq… – Türkiyədən PAYLAŞIMLAR

Bölmənin digər xəbərləri

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır
  • Cəmiyyət

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır

11 Fevral, 2026
Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq
  • Cəmiyyət

Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq

11 Fevral, 2026
Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib
  • Cəmiyyət

Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib

11 Fevral, 2026

Top 7 Xəbər

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır 1

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır

11 Fevral, 2026
Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq 2

Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq

11 Fevral, 2026
Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib 3

Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib

11 Fevral, 2026
Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib 4

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

11 Fevral, 2026
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb 5

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

11 Fevral, 2026
Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb 6

Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb

11 Fevral, 2026
ABŞ klubuna keçən Nəriman Axundzadə “Qarabağ”a təşəkkür edib 7

ABŞ klubuna keçən Nəriman Axundzadə “Qarabağ”a təşəkkür edib

11 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 884)
  • Dünya (3. 186)
  • Gündəm (11. 107)
  • İdman (620)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 940)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8884) Dünya (3186) Gündəm (11107) Kateqoriyasızlar (461) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2940) Texnologiya (14) İdman (620) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır 11 Fevral, 2026
  • Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq 11 Fevral, 2026
  • Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib 11 Fevral, 2026
  • Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib 11 Fevral, 2026
  • Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb 11 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.