Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Türk dünyası üçün xidmətləri unudulmayacaq… – Türkiyədən PAYLAŞIMLAR
  • Cəmiyyət
  • Gündəm

Türk dünyası üçün xidmətləri unudulmayacaq… – Türkiyədən PAYLAŞIMLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat
Cavidan 29 Sentyabr, 2023
1695933387_20230929_003240

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Onun vəfatı Azərbaycan xalqı kimi Türkiyəni də dərindən sarsıdıb. Qardaş ölkənin siyasətçiləri onunla bağlı sosial media hesablarında paylaşımlar edib, başsağlığı veriblər.

Bəzi paylaşımları təqdim edirik:

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş:

“Dəyərli dostum, Azərbaycan-Türkiyə qardaşlığının rəmzi, türk dünyasının sayılıb-seçilən şəxsiyyəti, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatını kədərlə öyrəndim. Azərbaycana və bütün türk dünyasına başsağlığı verirəm”.

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu:

Özünü Qarabağ davasına və Türk Dünyasına həsr etmiş böyük ürəkli Qənirə Paşayeva dünyasını dəyişdi. Yerin cənnət olsun, bacım…

İYİ partiyasının sədri Meral Akşener:

Azərbaycan Milli Məclisinin hörmətli deputatı Qənirə Paşayevanın vəfatını hüznlə öyrəndim… Türk dünyası üçün verdiyi dəyərli mübarizəni heç vaxt unutmayacağıq… Bütün azərbaycanlı bacı-qardaşlarıma başsağlığı verirəm. Ruhu şad olsun…

Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu:

“Azərbaycanlı millət vəkili Qənirə Paşayevanın vəfatını böyük kədərlə öyrəndim. Gənc yaşda dünyasını dəyişən Qənirə xanıma Allah rəhmət eləsin, ailəsinə və bütün sevənlərinə səbr diləyirəm. Əziz Azərbaycana başsağlığı verirəm!”.

Ankara bələdiyyə sədri Mansur Yavaş:

Azərbaycanlı millət vəkili Qənirə Paşayevaya Allah rəhmət eləsin, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. O, türk dünyası uğrunda apardığı mübarizə ilə yaddaşlarımızda və tariximizdə bundan sonra da xatırlanacaqdır.

Zəfər Partiyasının sədri Ümit Özdağ

Əziz dostum, Türk dünyasının sayılıb-seçilən ismi, Türkiyə aşiqi Qənirə Paşayeva dünyasını dəyişdi. Azərbaycana başsağlığı verirəm: Allah rəhmət eləsin.

Türk Millətinə başsağlığı verirəm.

Sabiq baş nazir və xarici işlər naziri Əhməd Davudoğlu:

Can Azərbaycanın millət vəkili, Türkiyə aşiqi, Türk dünyasının əməkdarı, bir çox diplomatik platformalarda, xüsusilə Aİ Şurası Parlament Assambleyasında birlikdə çalışdığımız əziz bacım Qənirə Paşayevanın vəfatını böyük kədərlə öyrəndim. Allah rəhmət eləsin, bütün azərbaycanlı qardaşlarıma başsağlığı verirəm.

İstanbul bələdiyyə sədri Ekrem İmamoğlu

Azərbaycanlı millət vəkili Qənirə Paşayevanın qəfil vəfatı məni çox kədərləndirdi. Beylikdüzü Bələdiyyə Başçısı olduğumdan bəri tanıdığım, müəyyən vaxtlarda söhbət etdiyimiz dəyərli insan idi. Qəbri nurla dolsun. Qardaş Azərbaycan xalqına da başsağlığı verirəm.

Siyasətçi Sinan Oğlan

Təəssüf ki, azərbaycanlı millət vəkili Qənirə Paşayeva müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm. Onun türk dünyasına xidmətləri heç vaxt unudulmayacaq…

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
Next: Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

Bölmənin digər xəbərləri

WhatsApp Image 2026-07-14 at 17.27.22
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 170729
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 1
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 2
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 3
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 4
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 5
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.