Skip to content
28 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 767)
  • Dünya (3. 153)
  • Gündəm (10. 969)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 320)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Hikmət Hacıyev: “İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində işləyəcək”

“Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək”. Bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin
Cavidan 16 Sentyabr, 2023

“Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək”.

Bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina etsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəsə, onda Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq və regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyik”, – H.Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticarət-iqtisadi əlaqələrin regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə inanır.

“Bu kontekstdə biz həmin istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk”, – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib.

H.Hacıyev bildirib ki, nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Beləliklə, o xatırladıb ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi deməkdir.

“Təxminən 3 il keçsə də, sazişin bu bəndi hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib”, – Azərbaycan Prezidentinin köməkçisi bildirib.

“Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillikdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun nəqliyyat və logistika arxitekturasının kənarında qalan Ermənistanın özünə sərf edir”, – H.Hacıyev fikirlərini yekunlaşdırıb.

Continue Reading

Previous: Azərbaycanda dərmanlar ucuzlaşacaq
Next: Bakıdan göndərilən 40 ton un yüklü karvan 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir – FOTO

Bölmənin digər xəbərləri

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib
  • Cəmiyyət

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

28 Yanvar, 2026
Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb
  • Cəmiyyət

Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb

28 Yanvar, 2026
Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq
  • Cəmiyyət

Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq

28 Yanvar, 2026

Top 7 Xəbər

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib 1

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

28 Yanvar, 2026
Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb 2

Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb

28 Yanvar, 2026
Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq 3

Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq

28 Yanvar, 2026
Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək 4

Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək

28 Yanvar, 2026
Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək 5

Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

28 Yanvar, 2026
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir 6

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

28 Yanvar, 2026
HAMAS İsrailin təşkilatın liderlərini hədəf ala biləcəyini düşünür 7

HAMAS İsrailin təşkilatın liderlərini hədəf ala biləcəyini düşünür

28 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 767)
  • Dünya (3. 153)
  • Gündəm (10. 969)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 320)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8767) Dünya (3153) Gündəm (10969) Kateqoriyasızlar (454) Kriminal (1320) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib 28 Yanvar, 2026
  • Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb 28 Yanvar, 2026
  • Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq 28 Yanvar, 2026
  • Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək 28 Yanvar, 2026
  • Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək 28 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.