Skip to content
15 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 225)
  • Dünya (3. 319)
  • Gündəm (11. 585)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (481)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (345)
  • Siyasət (2. 980)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Azərbaycanda Dövlət Bayrağı Günüdür

 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.  Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər
Cavidan 9 Noyabr, 2021

 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

 Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu il ilk dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

Continue Reading

Previous: Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Next: Prezidentdən Bayraq Günü paylaşımı

Bölmənin digər xəbərləri

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
  • Siyasət

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

14 Aprel, 2026
İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
  • Siyasət

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib

8 Aprel, 2026
Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək
  • Gündəm

Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək

6 Aprel, 2026

Top 7 Xəbər

İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir 1

İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir

15 Aprel, 2026
Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib 2

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib

15 Aprel, 2026
Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb 3

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

14 Aprel, 2026
Azərbaycanda nikah və boşanmaların sayı azalıb 4

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

14 Aprel, 2026
Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur 5

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

14 Aprel, 2026
Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var 6

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

14 Aprel, 2026
KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib 7

KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

14 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 225)
  • Dünya (3. 319)
  • Gündəm (11. 585)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (481)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (345)
  • Siyasət (2. 980)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9225) Dünya (3319) Gündəm (11585) Kateqoriyasızlar (481) Kriminal (1371) Mədəniyyət (345) Siyasət (2980) Texnologiya (14) İdman (639) İqtisadiyyat (586)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir 15 Aprel, 2026
  • Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib 15 Aprel, 2026
  • Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb 14 Aprel, 2026
  • Azərbaycanda nikah və boşanmaların sayı azalıb 14 Aprel, 2026
  • Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur 14 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.