Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Türkiyənin Azərbaycanda maraq doğuran yeni nazirləri…
  • Gündəm
  • Siyasət

Türkiyənin Azərbaycanda maraq doğuran yeni nazirləri…

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-ü ölkənin Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Yeni hökumətdə
Cavidan 5 İyun, 2023
344754578_558684343122473_7369050806254942913_n

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-ü ölkənin Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Yeni hökumətdə əksər nazirlər yeniləri ilə əvəzlənib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda fəaliyyəti yaxından izlənilən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və daxili işlər naziri Süleyman Soylunun yeni hökumətdəki sələflərinin kim olduğu hazırda bir çoxlarını maraqlandırır.

Məlumdur ki, Mövlud Çavuşoğlunu Milli Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Hakan Fidan, Hulusi Akarı ordu generalı Yaşar Gülər, Süleyman Soylunu isə Ali Yerlikaya əvəz edəcək. Yeni nazirlərin həyatı və daha əvvəl hansı sahələrdə çalışması hazırda həm Türkiyə, həm də Azərbaycanda maraq doğuran mövzulardan biridir.

İlk olaraq qeyd etmək lazımdır ki, 1968-ci ildə Ankarada dünyaya gələn Hakan Fidan Quru Qoşunlarının Hərbi Məktəbinin və Quru Qoşunlarının Dil Məktəbinin məzunudur. O, 1986-2001-ci illərdə Türkiyə Silahlı Qüvvələrində kiçik zabit olaraq xidmət edib. Könüllü şəkildə ordudan ayrılan Fidan ABŞ-də “Maryland University College”də İdarəetmə və siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. Bununla yanaşı, Vyana, Cenevrə və Londonda da akademik fəaliyyətlərini davam etdirib. Eyni zamanda, Almaniyada NATO-nun Çevik Müdaxilə Korpusunun Baş Qərargahında da çalışıb. 2010-cu ildə MİT-nin müşaviri vəzifəsinə gətirilən Fidan Türkiyədə bu vəzifəni tutan ən gənc şəxs olub. Nuran Fidanla evli olan yeni nazir 3 uşaq atasıdır.

Yaşar Gülərə gəldikdə isə, Ardahanda dünyaya gələn 69 yaşlı ordu generalı 1971-ci ildə Kuleli hərbi məktəbini bitirib. 1975-ci ildə isə Hərbi Məktəb və Təlim Mərkəzindən məzun olan Gülər 1986-cı ildə hərbi akademiyanı bitirərək qərargah zabiti olub. 2001-ci ildə briqada generalı rütbəsinə yüksələn Gülər, 2009-cu ildə general-leytenant olub. 2018-ci ildə isə Baş Qərargah rəisi təyin edilib. Evlidir və 1 övladı var.

DİN rəhbəri təyin olunan Ali Yerlikaya bu posta qədər müxtəlif vəzifələrdə çalışıb. 1968-ci ildə Konyada dünyaya gələn Yerlikaya təhsilini də bu şəhərdə alıb. 1989-cu ildə İstanbul Universitetinin Siyasi elmlər fakültəsinin “Dövlət İdarəçiliyi” fakültəsindən məzun olub. O, müxtəlif illərdə Şırnak, Ağrı, Tekirdağ və Qaziantep valisi olaraq fəaliyyət göstərib. Hatice Nurla evli olan Yerlikayanın 4 övladı var.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şimşək çaxacaq, dolu düşəcək – Sabahın havası
Next: Məktəblərdə daha bu fənlər keçirilməyəcək – RƏSMİ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 152001
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 100714
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 751)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Screenshot 2026-07-15 170212 1
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

15 İyul, 2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb Screenshot 2026-07-15 161255 2
  • Cəmiyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

15 İyul, 2026
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-15 155622 3
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 İyul, 2026
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər Screenshot 2026-07-15 152001 4
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

15 İyul, 2026
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib Screenshot 2026-07-15 145037 5
  • Dünya

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9751) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (524) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.