Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Azərbaycan Qazaxıstanı Rusiyanın “əsarətindən” xilas edir
  • Gündəm
  • Siyasət

Azərbaycan Qazaxıstanı Rusiyanın “əsarətindən” xilas edir

Qazaxıstan Azərbaycandan 5 gəmi tankeri alacaq “Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana səfəri həm iki ölkə, həm də
Cavidan 13 Aprel, 2023
1681361249_16811206683057910471_1000x669

Qazaxıstan Azərbaycandan 5 gəmi tankeri alacaq

“Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana səfəri həm iki ölkə, həm də Türk dünyası üçün çox böyük əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla verdikləri mesajlar ölkələrimiz üçün önəmlidir”.

Bunu Modern.az-a açıqlamasında qazaxıstanlı ekspert Amangəldi Kurmetuly bildirib. 

Onun sözlərinə görə, vaxtilə “Türk dünyası” deyəndə ancaq Türkiyə göz önünə gəlirdisə, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bu birliyin daha da genişlənməsinə və möhkəmlənməsinə səbəb oldu: 

“Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxardı. Bu ölkələr arasında ikitərəfli, həmçinin çoxtərəfli əlaqələr ildən-ilə inkişaf edərək, ən yüksək səviyyəyə çatıb. Əlbəttə, dövlətləri ümumi tarix və mədəni köklər birləşdirsə də, iqtisadi və siyasi maraqlar da çox önəmli amildir”.  

Tanınmış ekspert Azərbaycan və Qazaxlstan arasına böyük layihələrin həyata keçiriləcəyini söyləyib.

“Ən vacib olanı dəhliz məsələsidir. Belə ki, Qazaxıstan nefti Xəzər dənizi vasitəsiylə Azərbaycana çatdırılacaq, daha sonra Avropaya göndəriləcək. Eyni zamanda Qazaxıstan Bakıdan beş neft daşıyan tanker alacaq. Bununla bərabər Qazaxıstandan Bakıya 30 lokomativ göndəriləcək.  

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunması bizim üçün vacibdir. İndiyə qədər Qazaxıstan neftinin 80%-i dünyaya Rusiyanın Novosibirski vilayətindən göndərilirdi. Keçən il Rusiya müxtəlif bəhanələr gətirərək dörd boru xəttimizi bağlamışdı. Bu da Qazaxıstan iqtisadiyyatına ciddi təsirlər göstərmişdi. Bu gün Azərbaycanın sayəsində Qazaxıstanın Rusiyadan asılılığı azalır. Əvvəl Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər bu qədər güclü və dinamik deyildi. Bundan əvvəl ölkələrimiz Xəzər dənizi hövzəsində neft istehsal etdikləri üçün rəqib sayılırdılar. İndi isə iki ölkə birlikdə çalışmağa başlayıb. Bununla da Qazaxıstanın Rusiyaya asılılığı azalır. Bu da Ukrayna-Rusiya müharibəsi zamanı önəmli faktordur”.

Qazaxıstan Rusiyadan xilas olur…

“Rusiya hər zaman Qazaxıstanı basqı altında saxlamağı xoşlayır, amma bundan sonra belə olmayacaq. Bu, həmçinin Türk dünyası üçün də vacibdir. İrəlidə Türkmənistan və Özbəkistanın da birgə layihəyə qoşulma ehtimalı var. Bununla bərabər Qazaxıstan Xəzər dənizindən çəkilən kabellə internet provayder əldə edəcək. Bundan əvvəl Qazaxıstan internet sahəsində demək olar ki, Rusiyadan asılı idi. Ümumilikdə, hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan və Qazaxıstan xüsusilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, daha da güclənməsinə öz töhfəsini verəcək”,- deyə Amangəldi Kurmetuly əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri və imzalanan mühüm sənədlər iki ölkə arasında əlaqələrin inkişafına, münasibətlərin səviyyəsinin yüksəlməsinə və əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə kimi qiymətləndirilir. Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivi olduqca genişdir və yeni üfüqlər açılmaqdadır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Aksiyanın 123-cü günü – Tələblər dəyişməyib
Next: Sabah bölgələr üzrə pensiyalar ödəniləcək

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 152001
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.