Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Milli Məclis toplaşır – 20 məsələyə baxılacaq
  • Gündəm
  • Siyasət

Milli Məclis toplaşır – 20 məsələyə baxılacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 20 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan
Cavidan 4 Aprel, 2023
1680583083_dsc_9647_1624631850

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 20 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı. 

2. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

3. İ.İ.Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

4. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

5. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

8. “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

9. “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

10. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

11. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

12. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

13. “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

14. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

15. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

16. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

17. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

18. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

19. “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

20. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Laçın-Xankəndi yolundakı aksiyanın 114-cü GÜNÜ
Next: Müəllimlə direktor müavini arasında nə baş verib? – “Küncə sıxıb boğmaq istəyib”

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 124126
  • Siyasət

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 105650
  • Siyasət

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-13 133951
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 738)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 015)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar Screenshot 2026-07-14 124126 1
  • Siyasət

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

14 İyul, 2026
Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib Screenshot 2026-07-14 121537 2
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

14 İyul, 2026
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Screenshot 2026-07-14 115333 3
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

14 İyul, 2026
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər Screenshot 2026-07-14 105650 4
  • Siyasət

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

14 İyul, 2026
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib Screenshot 2026-07-14 103027 5
  • Cəmiyyət

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9738) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3015) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.