Skip to content
31 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

Mili Məclis kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair cərimələri, toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının da
Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 115333

Mili Məclis kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair cərimələri, toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının da əhatə dairəsinin genişləndirilməsini və xaricdəki iqtisadi fəaliyyətə görə valyutanın ölkəyə qaytarılmaması haqda yeni cərimələri sonuncu oxunuşda qəbul edib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni:

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması), habelə rəqəmsal tədqiqatın aparılması və nəticəsi barədə məlumatın təqdim edilməsi ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsinə;

– informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların, habelə qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi nəticəsində əldə edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal təqdim edilməməsinə;

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmamasına;

– kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsinə;

– ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən pozulmasına;

– rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmamasına, həmçinin rəqəmsal tədqiqat zamanı əldə olunan məlumatların bütövlüyünün qorunmamasına, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manatadək məbləğdə, hüquqi şəxslər 100 manatdan 2 000 manatadək məbləğdə cərimə olunurlar.

Həmçinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestrinə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirlər.

Sənəddə həmçinin toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının da əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən toxumların istehsalına, emalına, tədarükünə, saxlanmasına, daşınmasına, ticarət dövriyyəsinə, o cümlədən idxalına və ixracına, toxum əməliyyatçılarının seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyata alınmadan toxumçuluq sahəsində fəaliyyət göstərilməsinə, habelə toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

Bundan başqa, toxum əməliyyatçıları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin altsisteminə bilə-bilə yanlış və ya təhrif olunmuş məlumatların daxil edilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunurlar.

Həmçinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimələr dəyişir.

Qüvvədə olan qanuna əsasən, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir. “Az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.

Dəyişikliyə əsasən isə dispozisiyadan “az miqdarda” sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azadetmə halı müəyyənləşir.

Beləliklə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə ediləcəklər.

Nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Post navigation

Previous: İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər
Next: Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Bölmənin digər xəbərləri

mvJ2yXp0vI5lPRfK v
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

Cavidan 31 Avqust, 2026
vcrMyLIl9JHkUe v
  • Cəmiyyət

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Cavidan 31 Avqust, 2026
a4642WJYZFWB6fB v
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 035)
  • Dünya (1. 038)
  • Gündəm (3. 328)
  • İdman (226)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (276)
  • Mədəniyyət (93)
  • Siyasət (402)
  • Texnologiya (15)

Xəbər Trendi

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib vcrMyLIl9JHkUe v 1
  • Siyasət

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

31 Avqust, 2026
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ mvJ2yXp0vI5lPRfK v 2
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

31 Avqust, 2026
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib vcrMyLIl9JHkUe v 3
  • Cəmiyyət

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

31 Avqust, 2026
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var 4b0c3d2c-117 v 4
  • Kriminal

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

31 Avqust, 2026
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq 0489a6ba-39 v 5
  • İdman

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

31 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3035) Dünya (1038) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (276) Mədəniyyət (93) Siyasət (402) Texnologiya (15) İdman (226) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.