Skip to content
19 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 450)
  • Dünya (3. 373)
  • Gündəm (11. 770)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Prezident çox vacib mesajlar verdi
  • Siyasət

Prezident çox vacib mesajlar verdi

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu. O vurğuladı
Cavidan 11 Yanvar, 2023

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu.

O vurğuladı ki, ötən il Azərbaycan üçün bir çox aspektlərdən uğurlu olub. Azərbaycan Ordusunun müdafiə qabiliyyəti daha da gücləndirilmiş, yeni komanda birlikləri yaradılmış, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilmiş, şəhid ailələrinə və qazilərə diqqət və qayğı davam etdirilmişdir.

Eyni zamanda ötən il həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin 2020-ci ildə əldə etdiyi qələbənin dünya birliyi tərəfindən qəbul edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir.

Prezident müsahibədə Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaları ilə bağlı da çox mühüm mesajlar verdi. Xüsusi olaraq vurğuladı bu insanların öz doğma yurdlarına qayıtmaları onların tam hüququdur və Azərbaycan bunun həyata keçməsi üçün bütün addımları atacaq.

Prezident Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işlərinə də geniş toxundu. Bölgə əhalisinin həmin ərazilərə sürətli qayıdışının təmin olunması istiqamətində tədbirlərin uğurla icra olunduğunu xüsusi qeyd etdi.

Ötən il ölkəmiz üçün iqtisadi baxımdan da uğurlu olmuşdur. Ümumi daxili məhsulun 80, xarici ticarətin 50, xarici ticarətin müsbət saldosunun 25 milyard dollar təşkil etməsi, xarici borcun 7 milyard dollardan aşağı olması, minimum əməkhaqqının 15% artırılaraq 345 manata, minimum pensiyanın 16,7 faiz artırılaraq 280 manata çatdırılması, ötən il 1500 şəhid ailəsinin evlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin həm də iqtisadi gücünün və qüdrətinin göstəricisidir. Onu da nəzərə almaq lazımdır ki, bütün bu işlər Qarabağ və Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işləri, ordumuzun müdafiə qabiliyyətinin gücləndirilməsi fonunda həyata keçirilir.

Prezident çıxışında Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdi. Bildirdi ki, Ermənistan ötən dövrdə baş verənlərdən ciddi nəticə çıxarmalıdır, Qarabağ erməniləri Azərbaycanın idarəçiliyini qəbul etməlidirlər. Qəbul etmək istəməyənlər isə bu əraziləri tərk edə bilərlər.

Prezident İlham Əliyev ermənilərin Qarabağda törətdikləri cinayətlərə etirazlarını bildirən və Laçın yolunda aksiya keçirən gənclərə də təşəkkürünü bildirdi. Bu etirazların əsas səbəb və məqsədlərinə bir daha toxundu.

Yekunda qeyd etməliyik ki, Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi, bu müsahibədə də ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir çox vacib məsələlərə toxundu. Eyni zamanda Ermənistana çox ciddi mesajlar verdi. Ermənistan ciddi nəticə çıxarmalıdır.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Continue Reading

Previous: Bu həftə deputatların tətili başa çatır
Next: Vergi Məcəlləsində edilən dəyişiklik təsdiqləndi

Bölmənin digər xəbərləri

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
  • Siyasət

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

19 May, 2026
Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb
  • Siyasət

Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb

19 May, 2026
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
  • Siyasət

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

18 May, 2026

Top 7 Xəbər

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb 1

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

19 May, 2026
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir 2

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir

19 May, 2026
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub 3

UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub

19 May, 2026
WUF13-də “Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri” təşəbbüsü təqdim olunub 4

WUF13-də “Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri” təşəbbüsü təqdim olunub

19 May, 2026
Oğul anasını traktorla vurub öldürdü 5

Oğul anasını traktorla vurub öldürdü

19 May, 2026
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir 6

Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir

19 May, 2026
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur 7

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur

19 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 450)
  • Dünya (3. 373)
  • Gündəm (11. 770)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9450) Dünya (3373) Gündəm (11770) Kateqoriyasızlar (496) Kriminal (1389) Mədəniyyət (349) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb 19 May, 2026
  • Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir 19 May, 2026
  • UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub 19 May, 2026
  • WUF13-də “Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri” təşəbbüsü təqdim olunub 19 May, 2026
  • Oğul anasını traktorla vurub öldürdü 19 May, 2026
© Addim.az | MoreNews by AF themes.