Skip to content
11 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 875)
  • Dünya (3. 184)
  • Gündəm (11. 098)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Prezident çox vacib mesajlar verdi
  • Siyasət

Prezident çox vacib mesajlar verdi

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu. O vurğuladı
Cavidan 11 Yanvar, 2023

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu.

O vurğuladı ki, ötən il Azərbaycan üçün bir çox aspektlərdən uğurlu olub. Azərbaycan Ordusunun müdafiə qabiliyyəti daha da gücləndirilmiş, yeni komanda birlikləri yaradılmış, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilmiş, şəhid ailələrinə və qazilərə diqqət və qayğı davam etdirilmişdir.

Eyni zamanda ötən il həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin 2020-ci ildə əldə etdiyi qələbənin dünya birliyi tərəfindən qəbul edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir.

Prezident müsahibədə Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaları ilə bağlı da çox mühüm mesajlar verdi. Xüsusi olaraq vurğuladı bu insanların öz doğma yurdlarına qayıtmaları onların tam hüququdur və Azərbaycan bunun həyata keçməsi üçün bütün addımları atacaq.

Prezident Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işlərinə də geniş toxundu. Bölgə əhalisinin həmin ərazilərə sürətli qayıdışının təmin olunması istiqamətində tədbirlərin uğurla icra olunduğunu xüsusi qeyd etdi.

Ötən il ölkəmiz üçün iqtisadi baxımdan da uğurlu olmuşdur. Ümumi daxili məhsulun 80, xarici ticarətin 50, xarici ticarətin müsbət saldosunun 25 milyard dollar təşkil etməsi, xarici borcun 7 milyard dollardan aşağı olması, minimum əməkhaqqının 15% artırılaraq 345 manata, minimum pensiyanın 16,7 faiz artırılaraq 280 manata çatdırılması, ötən il 1500 şəhid ailəsinin evlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin həm də iqtisadi gücünün və qüdrətinin göstəricisidir. Onu da nəzərə almaq lazımdır ki, bütün bu işlər Qarabağ və Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işləri, ordumuzun müdafiə qabiliyyətinin gücləndirilməsi fonunda həyata keçirilir.

Prezident çıxışında Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdi. Bildirdi ki, Ermənistan ötən dövrdə baş verənlərdən ciddi nəticə çıxarmalıdır, Qarabağ erməniləri Azərbaycanın idarəçiliyini qəbul etməlidirlər. Qəbul etmək istəməyənlər isə bu əraziləri tərk edə bilərlər.

Prezident İlham Əliyev ermənilərin Qarabağda törətdikləri cinayətlərə etirazlarını bildirən və Laçın yolunda aksiya keçirən gənclərə də təşəkkürünü bildirdi. Bu etirazların əsas səbəb və məqsədlərinə bir daha toxundu.

Yekunda qeyd etməliyik ki, Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi, bu müsahibədə də ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir çox vacib məsələlərə toxundu. Eyni zamanda Ermənistana çox ciddi mesajlar verdi. Ermənistan ciddi nəticə çıxarmalıdır.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Continue Reading

Previous: Bu həftə deputatların tətili başa çatır
Next: Vergi Məcəlləsində edilən dəyişiklik təsdiqləndi

Bölmənin digər xəbərləri

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
  • Gündəm

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
  • Gündəm

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

9 Fevral, 2026
“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib
  • Gündəm

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib

6 Fevral, 2026

Top 7 Xəbər

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr 1

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

11 Fevral, 2026
KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək 2

KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək

11 Fevral, 2026
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 3

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 4

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 5

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov

10 Fevral, 2026
Yağıntılar nə vaxt kəsiləcək? 6

Yağıntılar nə vaxt kəsiləcək?

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 7

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 875)
  • Dünya (3. 184)
  • Gündəm (11. 098)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8875) Dünya (3184) Gündəm (11098) Kateqoriyasızlar (460) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2938) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr 11 Fevral, 2026
  • KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək 11 Fevral, 2026
  • İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 10 Fevral, 2026
  • ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 10 Fevral, 2026
  • “Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.