Skip to content
19 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 449)
  • Dünya (3. 373)
  • Gündəm (11. 769)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan
Cavidan 5 Yanvar, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.

Elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, 1937-ci ildə Bakıda S.Vəlixanlı küçəsi 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.

İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərnəklər fəaliyyət göstərib. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün “Cücələrim” mahnısını yazıb. Məhz bu səbəbdən 1959-cu ildə kollektiv “Cücələrim” adlandırılıb.

Təqribən 15 il sonra -1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərəfinə saraya Yuri Qaqarinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il 427 saylı qərarına əsasən Y.Qaqarin adına pioner və məktəblilər sarayının adı dəyişdirilib, Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılıb.

Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bu il isə ona publik hüquqi şəxs statusu verilib.

Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.

Qeyd edək ki, bu Mərkəzin binasının əsaslı təmiri və bərpası Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğının daha bir nümunəsidir.

Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLAR

Continue Reading

Previous: ABŞ gömrüyündə tükürpədici OLAY: Qutudan kəsilmiş uşaq başı çıxdı – FOTO
Next: Bakıda mənzildə 4 nəfərin meyiti TAPILDI (YENİLƏNİB)

Bölmənin digər xəbərləri

UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
  • Cəmiyyət

UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub

19 May, 2026
WUF13-də “Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri” təşəbbüsü təqdim olunub
  • Cəmiyyət

WUF13-də “Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri” təşəbbüsü təqdim olunub

19 May, 2026
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
  • Cəmiyyət

Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir

19 May, 2026

Top 7 Xəbər

UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub 1

UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub

19 May, 2026
WUF13-də “Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri” təşəbbüsü təqdim olunub 2

WUF13-də “Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri” təşəbbüsü təqdim olunub

19 May, 2026
Oğul anasını traktorla vurub öldürdü 3

Oğul anasını traktorla vurub öldürdü

19 May, 2026
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir 4

Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir

19 May, 2026
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur 5

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur

19 May, 2026
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb 6

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

19 May, 2026
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 7

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

19 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 449)
  • Dünya (3. 373)
  • Gündəm (11. 769)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9449) Dünya (3373) Gündəm (11769) Kateqoriyasızlar (496) Kriminal (1389) Mədəniyyət (349) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub 19 May, 2026
  • WUF13-də “Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri” təşəbbüsü təqdim olunub 19 May, 2026
  • Oğul anasını traktorla vurub öldürdü 19 May, 2026
  • Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir 19 May, 2026
  • Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur 19 May, 2026
© Addim.az | MoreNews by AF themes.