Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyevdən Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına MÜRACİƏT
  • Siyasət

İlham Əliyevdən Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına MÜRACİƏT

Prezident İlham Əliyev Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciət edib.  Prezident.az xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli qurultay iştirakçıları! Sizi Azərbaycan
Cavidan 9 Dekabr, 2022
1594814467

Prezident İlham Əliyev Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciət edib. 

Prezident.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan memarlarının XX qurultayının öz işinə başlaması münasibətilə ürəkdən salamlayır, hər birinizə cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.                                                      
Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.

Dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.

Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür.

İnanıram ki, aktual mövzularda geniş diskussiya və ətraflı fikir mübadiləsi aparılaraq, qurultayınızda qəbul ediləcək mühüm qərarlar ölkə memarlığının gələcək inkişafına öz töhfəsini verəcəkdir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Caliber”: Bakı və İrəvan ilin sonuna nə ilə çıxırlar? – VİDEO
Next: DTX Naxçıvandan iki vəzifəli şəxsi Bakıya gətirib – FOTO

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026
Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026
Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 672)
  • Dünya (3. 430)
  • Gündəm (11. 917)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 1
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 2
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 3
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 4
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026
AZAL Brüsselə birbaşa uçuşlara başlayır – YENİLƏNİB Screenshot 2026-07-01 141435 5
  • Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır – YENİLƏNİB

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9672) Dünya (3430) Gündəm (11917) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.