Skip to content
23 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • AZAL Brüsselə birbaşa uçuşlara başlayır – YENİLƏNİB
  • Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır – YENİLƏNİB

“Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm uçuşlara başlayır. Bu barədə AZAL
Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 141435

“Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm uçuşlara başlayır.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, yeni istiqamət üzrə biletlər artıq satışdadır.

Brüssel şəhərinə ilk reys 8 may 2027-ci il tarixində həyata keçiriləcək. Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Yeni marşrut Azərbaycan ilə Belçika arasında işgüzar, turizm və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək, həmçinin sərnişinlər üçün Avropanın aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə birbaşa və rahat səyahət imkanı yaradacaq.

Belçikanın paytaxtı Brüssel Avropa İttifaqı və NATO-nun qərargahlarının yerləşdiyi, qlobal diplomatiya və beynəlxalq biznes üçün vacib əhəmiyyət daşıyan şəhərlərdən biridir. Bununla yanaşı, şəhər zəngin tarixi-mədəni irsi, məşhur Grand-Place meydanı, Atomium kompleksi, muzeyləri, qastronomiyası və özünəməxsus atmosferi ilə Avropanın ən populyar turizm istiqamətlərindən biri hesab olunur.

Brüssel həmçinin Avropanın əsas nəqliyyat qovşaqlarından biridir. Buradan Amsterdama təxminən iki saata, həmçinin Lüksemburq, Köln və digər şəhərlərə rahat şəkildə çatmaq mümkündür.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

***

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına start verib.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, uçuşlar 8 may 2027-ci ildən həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Post navigation

Previous: Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Next: “Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-22 140829
  • Cəmiyyət

Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-22 133006
  • Cəmiyyət

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-22 125205
  • Cəmiyyət

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Cavidan 22 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 983)
  • Dünya (1. 027)
  • Gündəm (3. 303)
  • İdman (220)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (198)
  • Kriminal (272)
  • Mədəniyyət (93)
  • Siyasət (398)
  • Texnologiya (15)

Xəbər Trendi

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub Screenshot 2026-08-22 162917 1
  • Dünya

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

22 Avqust, 2026
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb Screenshot 2026-08-22 154933 2
  • Dünya

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

22 Avqust, 2026
Almaniyadan Ukraynaya 50 milyonluq dəstək – Qış hazırlıqları başladı Screenshot 2026-08-22 150554 3
  • Kateqoriyasızlar

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək – Qış hazırlıqları başladı

22 Avqust, 2026
Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır Screenshot 2026-08-22 140829 4
  • Cəmiyyət

Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır

22 Avqust, 2026
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək Screenshot 2026-08-22 133006 5
  • Cəmiyyət

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

22 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2983) Dünya (1027) Gündəm (3303) Kateqoriyasızlar (198) Kriminal (272) Mədəniyyət (93) Siyasət (398) Texnologiya (15) İdman (220) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.