Skip to content
18 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 438)
  • Dünya (3. 373)
  • Gündəm (11. 759)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Prezident Füzulidə yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub – YENİLƏNİB

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin
Cavidan 7 Noyabr, 2022

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoydu, burada ağac əkdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin qərargah binası ilə tanış oldu.

Dövlətimizin başçısı hərbçilərlə birgə foto çəkdirdi, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik etdi.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Zakir Həsənov bildirdi ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə də tanış oldu.

Continue Reading

Previous: Prezident Füzulidəki hərbi şəhərcikdə şəhidlər abidəsinin önünə gül dəstəsi qoyub, ağac əkib – FOTO
Next: “Sosial şəbəkələrdə Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır” – DTX

Bölmənin digər xəbərləri

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb
  • Dünya

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

18 May, 2026
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
  • Cəmiyyət

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
  • Cəmiyyət

Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq

16 May, 2026

Top 7 Xəbər

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb 1

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

18 May, 2026
Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub 2

Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub

18 May, 2026
WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 3

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

16 May, 2026
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 4

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 5

Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq

16 May, 2026
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb 6

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

16 May, 2026
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb 7

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

16 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 438)
  • Dünya (3. 373)
  • Gündəm (11. 759)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9438) Dünya (3373) Gündəm (11759) Kateqoriyasızlar (496) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb 18 May, 2026
  • Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub 18 May, 2026
  • WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 16 May, 2026
  • Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 16 May, 2026
  • Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 16 May, 2026
© Addim.az | MoreNews by AF themes.