Skip to content
17 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 090)
  • Dünya (3. 268)
  • Gündəm (11. 426)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

İlham Əliyev Zelenskiyə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Ukraynanın milli
Cavidan 24 Avqust, 2022

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dövlətlərarası əlaqələrimizi və əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Diplomatik münasibətlərimizin qurulduğu ötən otuz illik dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın dinamik və ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.

Cari ilin yanvarında Ukraynaya etdiyim işgüzar səfəri, Sizinlə görüşümüzü və apardığımız danışıqları xoş təəssüratlarla xatırlayır, bu səfəri ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli hesab edirəm.

Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik.

Əminəm ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm”.

Continue Reading

Previous: Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlir
Next: İlham Əliyev və Tokayevin təkbətək görüşü olub

Bölmənin digər xəbərləri

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
  • Gündəm

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

17 Mart, 2026
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib
  • Gündəm

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib

16 Mart, 2026
Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH
  • Siyasət

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH

12 Mart, 2026

Top 7 Xəbər

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 1

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart, 2026
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 2

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək

17 Mart, 2026
Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 3

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

17 Mart, 2026
Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 4

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026
Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 5

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026
Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 6

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 7

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

17 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 090)
  • Dünya (3. 268)
  • Gündəm (11. 426)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9090) Dünya (3268) Gündəm (11426) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2967) Texnologiya (14) İdman (637) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 17 Mart, 2026
  • Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 17 Mart, 2026
  • Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 17 Mart, 2026
  • Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 17 Mart, 2026
  • Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 17 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.