Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH
  • Siyasət

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. Onun çıxışında bir sıra məqamlar xüsusilə diqqət
Cavidan 12 Mart, 2026
0WFiVgl1ct1liav

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. Onun çıxışında bir sıra məqamlar xüsusilə diqqət çəkir.

Nikol Paşinyan, ilk növbədə, bildirib ki, Avropa İttifaqı ilə Gürcüstanın dialoqunun dondurulması Ermənistanın quruma inteqrasiyasında əsas problemdir. O, Avropa səfərindən öncə Gürcüstana işgüzar səfər etmişdi. Tbilisidə Baş nazir İrakli Kobaxidze ilə görüşmüşdü. Hökumət başçılarının görüşündə bu məsələlərə toxunulduğunu da ehtimal etmək olar. Yaxud tərəflərin bu məsələləri razılaşdırdıqları da mümkündür. Hətta belə güman etmək olar ki, Nikol Paşinyan Aİ ilə Gürcüstan arasında münasibətlərin normallaşması istiqamətində örtülü vasitəçilik belə edib.

Odur ki, Ermənistan hökumətinin başçısı çıxışında bildirib: “Gürcüstan bizim üçün Avropa İttifaqına (Aİ) gedən yoldur. Bu, Ermənistanın Aİ-yə üzvlük perspektivini hiss olunacaq hala gətirdi. Biz Aİ ilə Gürcüstan arasında konstruktiv prosesin davam etdirilməsini gözləyir və xahiş edirik. Bu, Gürcüstan qədər Ermənistan üçün də vacibdir”.

2024-cü il noyabrın sonunda parlament seçkilərindən sonra Gürcüstan Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu, Avropanın maliyyə yardımından imtina etdiyini bildirmişdi. Bu qərar İttifaqın kəskin tənqidinə səbəb olmuşdu. Bu, inteqrasiyanın dayandırılması və vizasız rejimin qismən məhdudlaşdırılması ilə nəticələnmişdi. Aİ-yə üzv ölkələr hakim “Gürcü Arzusu” Partiyasının üzvlərinə qarşı sanksiyalar tətbiq etmişdi.

Danışıqların dayandırılmasına baxmayaraq, Gürcüstanın Aİ-yə namizəd statusu hələ geri alınmayıb.

Odur ki, Nikol Paşinyanın Aİ-də Gürcüstana lobbiçilik etdiyi görünən qədərdir.

Bundan başqa, Cənubi Qafqazda Ermənistan İttifaqla bu səviyyədə tək əlaqə saxlayan ölkə olaraq qalmaq istəmir. O, bu istiqamətdə Rusiyadan təzyiqə məruz qalacağından da ehtiyatlanır.

Nikol Paşinyan çıxışında Yaxın Şərqdəki vəziyyətə toxunub. O, ölkəsinin ABŞ ilə tərəfdaşlığının indiki miqyasından bəhs edərkən Ermənistanın İranla da dost və qonşu olduğunu vurğulayıb. Baş nazir ölkəsinin bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurduğunu, BƏƏ, Qətər, Oman, Küveyt, İordaniya, Livan, Bəhreyn və Suriyanın Ermənistanın köhnə tərəfdaşları olduqlarını söyləyib: “Bu beynəlxalq böhran fonunda biz kiçik, təvazökar bir dövlətik. Ancaq bütün qurbanların ruhunun dincliyi və tərəfdaş ölkələrin mümkün qədər tez diplomatik həll yolları tapmaları, liderlərinin müdrikliyi üçün dua edə bilərik”.

Qeyd edək ki, Ermənistanla İran arasında strateji tərəfdaşlığa dair sənəd hazırlıq səviyyəsindədir.

Nikol Paşinyan çıxışında Azərbaycanla münasibətlərə, sülh danışıqlarına, sərhədlərin delimitasiyasına, Zəngəzur dəhlizinə (TRIPP) geniş yer ayırıb. O vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində artıq 8 aydır, sakitlikdir, ölən və yaralanan yoxdur. Bununla belə, o, sülhə qayğının tələb olunduğunu də qeyd edib: “Əks halda, o, çox tez dağılacaq. Onilliklər ərzində sabit olan bölgələrdə gözümüzün önündə bir neçə gün ərzində müharibə burulğanı baş verir”.

Sülhün üstünlüklərindən danışarkən Baş nazir Azərbaycanın ərazisindən dəmir yolu daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırdığını, 2025-ci ilin noyabrında, münaqişə başlayandan bəri ilk dəfə olaraq, bu marşrutla Ermənistana yüklərin gəldiyindən bəhs edib: “Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixrac istiqamətinə çevriləcək”.

Nikol Paşinyan səbəbini açıqlamadan Azərbaycan və Türkiyənin ünvanına gileylənib. Bildirib ki, Bakı və Ankara Ermənistandan keçməklə tranzit imkanından hələ istifadə etmirlər. Onun fikrincə, tərəflər güman edirlər ki, bu, “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinin gecikdirilməsinə” gətirib çıxara bilər.

Ancaq Baş nazir bununla Türkiyə ilə Ermənistan arasında “bağlı qapılar”ın açılmasına nail olmağa səy göstərmək kimi əsas məqsədini gizlədib.

Paşinyan Avroparlamentin kürsüsündən Azərbaycana avtomobil yolu əlaqəsini bərpa etməyi təklif edib: “Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolu əlaqəsini təmin etməyə hazırıq”.

Baş nazir çıxışında yeni münaqişəyə, yeni müharibəyə yol verməyəcəkləri öhdəliyini də üzərinə götürüb.

O, Eçmiədzin kilsəsinə, müxalifətin və onların havadarlarının ünvanına ismarış göndərb: “…Bu gün isə bəziləri kilsə qurbangahından Ermənistan qanunvericiliyini pozaraq münaqişələr, müharibələr və zorakılıq təbliğ etmək üçün istifadə edirlər”.

Nikol Paşinyan Azərbaycanın humanitar məqsədlə azad etdiyi dörd erməni barədə də danışıb: “Azərbaycan həbsxanalarında saxlanılan digər soydaşların geri qaytarılması üzrə diplomatik iş gedir”.(Report)

Bu məsələdə Nikol Paşinyanın üzərinə daha çox məsuliyyət götürdüyü hiss olunan qədərdir. Çünki Azərbaycandakı məhbus ermənilər hərbi cinayətkarlardır. Ona görə Baş nazirin bu açıqlamasının seçkilərlə bağlı olduğu, habelə Avropadakılar üçün təsəlliverici olduğu da istisna edilmir.

Ermənistan liderinin Azərbaycan cəmiyyətinə inteqrasiyadan imtina edərək ölkə ərazisini könüllü tərk edən ermənilərlə bağlı açıqlaması da diqqət çəkir. O bildirib ki, həmin insanlar Ermənistan Respublikası vətəndaşlığını almalı və burada həmişəlik məskunlaşmalıdırlar…

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Avropa İttifaqını, parlamentini də bir sıra saxtakarlıqdan, gərəksiz iddiaların yükündən xilas edib. İndi bu parlamentdə Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıqdan danışılır. Hətta vaxtilə sülh prosesinə mane olmağa çalışan Fransa belə artıq regionda sülh və sabitliyin möhkəmlənməsində maraqlı olduğunu gizlətmir.

Zaman yenə də ən ədalətli hakim olduğunu göstərir…(Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi
Next: Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-15 092509
  • Gündəm

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Cavidan 15 İyun, 2026
Screenshot 2026-06-10 152615
  • Siyasət

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-03 125225
  • Gündəm

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Cavidan 3 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 643)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib 547d37ae-d642-3 v 1
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

25 İyun, 2026
600 bal toplayanların ən çoxu I qrupdadır 1782307156_thumb v 2
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

25 İyun, 2026
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb s1LvCOTdpb v 3
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

25 İyun, 2026
Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib 6a3cb1706cada6a v 4
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun, 2026
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 5
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9643) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.