Skip to content
24 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 303)
  • Dünya (3. 340)
  • Gündəm (11. 657)
  • İdman (644)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Prezident FƏRMAN imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Sfera.az-ın xəbərinə görə, ölkədə strateji əhəmiyyətli
Cavidan 7 Oktyabr, 2021

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Sfera.az-ın xəbərinə görə, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Agentlik Dövlət Taxıl Fondu Agentliyin sərəncamına verilib.

  1. Müəyyən edilsin ki:

3.1. Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir;

3.3. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır;

3.4. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

  1. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Agentliyin strukturunun təsdiq edilməsi;

4.1.3. Agentliyin idarəetmə orqanının yaradılması, onun rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;

4.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

Shah Freedom 10 sec

4.2.1. illik maliyyə hesabatlarının təsdiq edilməsi;

4.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

4.2.3. xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

4.3. Agentliyə:

4.3.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla əməyin ödənişi fondunun, işçilərin say həddinin və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiqi;

4.3.2. inkişaf istiqamətlərinin müəyyən edilməsi.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının normativ hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.4. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin balansında olan dövlət əmlakının, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;

5.5. dövlət qeydiyyatına alındığı gündən Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi öz fəaliyyətini davam etdirsin.
  2. Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Continue Reading

Previous: Prezidentin SUQOVUŞAN İSMARICLARI… – Kimlər dərs çıxarmalıdır…
Next: Bu hərbçilər təltif edildi – Siyahı

Bölmənin digər xəbərləri

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • Cəmiyyət

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

22 Aprel, 2026
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
  • Gündəm

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

20 Aprel, 2026
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
  • Cəmiyyət

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

16 Aprel, 2026

Top 7 Xəbər

Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb 1

Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb

24 Aprel, 2026
Baş Prokuror İran səfirini qəbul edib 2

Baş Prokuror İran səfirini qəbul edib

24 Aprel, 2026
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb 3

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

24 Aprel, 2026
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək 4

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

24 Aprel, 2026
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib 5

Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

24 Aprel, 2026
Sabah Bakıda yağış yağacaq 6

Sabah Bakıda yağış yağacaq

24 Aprel, 2026
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq – Siyahı 7

Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq – Siyahı

24 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 303)
  • Dünya (3. 340)
  • Gündəm (11. 657)
  • İdman (644)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9303) Dünya (3340) Gündəm (11657) Kateqoriyasızlar (483) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2983) Texnologiya (14) İdman (644) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb 24 Aprel, 2026
  • Baş Prokuror İran səfirini qəbul edib 24 Aprel, 2026
  • Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb 24 Aprel, 2026
  • İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək 24 Aprel, 2026
  • Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib 24 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.