Skip to content
13 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezident “Cəbrayıl” yarımstansiyasının açılışında – YENİLƏNİB (FOTOLAR)
  • Siyasət

Prezident “Cəbrayıl” yarımstansiyasının açılışında – YENİLƏNİB (FOTOLAR)

Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak
Cavidan 5 Oktyabr, 2021
1633419625.0a91c97a-b18d-3d9a-aa14-d269694d43d6

Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib.

Dövlət başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.

“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

***

04.10.2021

14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Dövlətimizin başçısı 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Saakaşvili Zelenskiyə məktubunda Putinin dustağı olduğunu bildirib
Next: Sonrakı yazı

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-10 152615
  • Siyasət

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-03 125225
  • Gündəm

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Cavidan 3 İyun, 2026
Screenshot 2026-06-01 172355
  • Siyasət

Monteneqro Prezidenti Azərbaycan liderini təbrik edib

Cavidan 1 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 592)
  • Dünya (3. 406)
  • Gündəm (11. 872)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 003)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib Screenshot 2026-06-13 145738 1
  • Cəmiyyət

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

13 İyun, 2026
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb Ekran şəkli 2026-06-12 173806 2
  • Cəmiyyət

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

12 İyun, 2026
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var Ekran şəkli 2026-06-12 165610 3
  • Dünya

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

12 İyun, 2026
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb Ekran şəkli 2026-06-12 162203 4
  • Cəmiyyət

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

12 İyun, 2026
Xüsusi qabiliyyət imtahanlarına start verilir 6a2be826bf8a66a2be826bf8a7178126 b 5
  • Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

12 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9592) Dünya (3406) Gündəm (11872) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3003) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.