Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 079)
  • Dünya (3. 263)
  • Gündəm (11. 407)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Azərbaycan xalqı yad dünyagörüşünü basdırır, İran yasa bataraq nalə qoparır – TƏHLİL

İranda yenə Azərbaycana qarşı siyasi-ideoloji təbliğatın mühərriki işə salınıb. Həmin mühərrikdən gələn səs-küy və oradan çıxan zəhərli qazlar aqressiya
Cavidan 2 İyul, 2022

İranda yenə Azərbaycana qarşı siyasi-ideoloji təbliğatın mühərriki işə salınıb. Həmin mühərrikdən gələn səs-küy və oradan çıxan zəhərli qazlar aqressiya və qısqanclığın təzahürüdür.

Bir neçə gün öncə İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Tehranın ənənəvi mövqeyini dilə gətirib.

Onun sözlərinə əsasən, müsəlman ölkələrinin, eləcə də Azərbaycanın İsraillə əməkdaşlığı İran üçün qəbuledilməzdir.

Zərrə qədər də təəccüblənmədik, anlamaq lazımdır ki, İran şablona dönmüş ritorikasını yumşaltmaqdan uzaqdır və bu onun təsir dairəsi zəiflədikcə, siyasi orqanlarına nüfuz edən sancılardan irəli gələn hayqırtılardır.

Azərbaycan rəsmi olaraq müsəlman dövləti deyil, dünyəvidir, ancaq bir çox müsəlman ölkəsinə nümunə sayıla biləcək modelə sahibdir.

İranın “müsəlman dövləti” deyərkən nəyi nəzərdə tutduğu da bəllidir, bu yalnız siyasi, qarşıdurma yaradacaq məzhəbçiliyin metastaz verərək böyüməsinə yönələn cəhdlərin təbliğat hissəsidir.

Vilayətinin bəyanatının ardınca bəzi İran mənbələri Azərbaycanda guya şiə məzhəbində olanların hüquqlarının pozulduğuna dair heç bir əsası olmayan fikirlər tirajlayırlar.

Nəzərə alaq ki, İran bir aydan çoxdur ki, Azərbaycanda olan əlaltıları vasitəsilə xeyli təbliğat işi apardı və bu, güclü milli müqavimətlə üzləşdikdən sonra Tehranın həyata keçirmək istədiyi ssenarilər basdırıldı.

İndi İranın verdiyi bəyanatlar, Tehrandan çıxan ah-nalə, vay-şivən həmin basdırılan ssenarilərə tutulan yasın sədaları kimi qiymətləndirilə bilər.

Şiəliklə bağlı mövzunun manipulyasiya əsasında inkişaf etdirilərək böyük siyasi dividendlər qazanmaq mümkün olmayacaq, bunun əsas səbəbi Azərbaycan xalqının milli baxış tərzi və dövlətin qanunlarının həmin milli adət-ənənə ilə vəhdətidir.

Azərbaycanda şiəlik və sünnilik, həmçinin qeyri-müsəlman təriqətləri bərabər şəkildə milli düşüncə tərzi üstün tutularaq inkişaf edib və ortaya nümunəvi mənzərə qoyub.

Bu mənzərənin rəngini tündləşdirməyə girişmək yalnız əbəs nəticələr hasil edəcək.

Çünki Azərbaycanda dini dünyagörüşü milli ruhun bazasında inkişaf edir, yəni təməlin özünü dini baxış yox, məhz xalqın milli dünyagörüşü təşkil edir.

Bu təməl üzərində isə hər ikisi bir-birindən ayrılmayaraq, bərabərhüquqlu səviyyədə ucalır və vahid ictimai mövqe formalaşdırır.

Bəli, Azərbaycan xalqı imam Hüseynə də, imam Əliyə də, Məhərrəm ayına da, Ramazan ayına da, Qurban bayramına da dərin hörmət və ehtiramla yanaşır və bunu dərk etmək lazımdır ki, həmin etikanı bizə İran öyrətməyib. Bu, tarixin formasiyalarından süzülüb gələn və sınaqlardan üzüağ çıxmış ictimai mövqenin davamıdır.

Bu gün Azərbaycan xalqı seyidlərə, pirlərə də ehtiram göstərir, bir-birinə əl tutur, məzhəblərə, hətta dinlərə dair fərqli baxışları bir-birinin əleyhinə çevirmir. Görünür ki, bu cür sekulyar model kimlərdəsə dərin stress və əsəb yaradır. Olsun, biz sadəcə deyə bilərik ki, əsəblərini ancaq su içməklə soyuda bilərlər.

Azərbaycan xalqının islam dininə olan münasibəti də milli əsaslara söykənir, belə münasibət isə vicdan azadlığı ilə məzhəb ədavəti yaradan məqamların sərhədini asanlıqla müəyyən edir, ikincini çıxdaş edərək lazım olan yerə yollayır.

Hansı dini bayramda xalqımız necə davranacağını, necə yeyəcəyini, necə içəcəyini də özü həmin milli-dini mövqe ilə uzlaşdıraraq müəyyən edir.

İran Azərbaycan dövlətinin xalqın milli ruhunu sarsıtmağa hesablanan addımlar qarşısında gördüyü effektiv tədbirləri və xalqın özünün yad cisimlər əleyhinə müqavimətini düzgün dəyərləndirməlidir.

Ona görə də, Azərbaycan yox, məhz İran öz siyasətindən əl çəkib dostluq, qonşuluq münasibətlərinə önəm verməlidir.

Oxu.az

Continue Reading

Previous: Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşdi
Next: “Təxribatların qarşısını almağa hazır olun” – Zakir Həsənovdan generallara TAPŞIRIQ

Bölmənin digər xəbərləri

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH
  • Siyasət

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH

12 Mart, 2026
İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq
  • Gündəm

İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq

11 Mart, 2026
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər
  • Siyasət

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026

Top 7 Xəbər

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 1

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 2

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 3

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 4

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 5

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026
Azərbaycan neftinin qiyməti 109 dolları keçib 6

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

14 Mart, 2026
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 7

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 079)
  • Dünya (3. 263)
  • Gündəm (11. 407)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9079) Dünya (3263) Gündəm (11407) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
  • Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 14 Mart, 2026
  • Bakıda NATO-nun kursu keçirilib 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.