Skip to content
21 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 720)
  • Dünya (3. 131)
  • Gündəm (10. 893)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 1 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür.
Cavidan 4 Oktyabr, 2021

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür.

“Report” xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.

Hadisədən sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda bildirib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb: “Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Continue Reading

Previous: Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 1 il ötür
Next: Zakir Həsənov Gürcüstana getdi

Bölmənin digər xəbərləri

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL
  • Gündəm

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026
Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir
  • Gündəm

Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir

20 Yanvar, 2026
Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək
  • Gündəm

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək

12 Yanvar, 2026

Top 7 Xəbər

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 1

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026
Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 2

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

21 Yanvar, 2026
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər 3

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21 Yanvar, 2026
Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq 4

Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq

21 Yanvar, 2026
Sabah hava yağmursuz olacaq – PROQNOZ 5

Sabah hava yağmursuz olacaq – PROQNOZ

21 Yanvar, 2026
Dərnəgüldə obyekt yanır, polis əraziyə cəlb olunub – YENİLƏNİB 6

Dərnəgüldə obyekt yanır, polis əraziyə cəlb olunub – YENİLƏNİB

21 Yanvar, 2026
Kataloniyada qatarların hərəkəti dayandırılıb 7

Kataloniyada qatarların hərəkəti dayandırılıb

21 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 720)
  • Dünya (3. 131)
  • Gündəm (10. 893)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8720) Dünya (3131) Gündəm (10893) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2925) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 21 Yanvar, 2026
  • Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 21 Yanvar, 2026
  • Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər 21 Yanvar, 2026
  • Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq 21 Yanvar, 2026
  • Sabah hava yağmursuz olacaq – PROQNOZ 21 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.