Skip to content
24 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 305)
  • Dünya (3. 340)
  • Gündəm (11. 659)
  • İdman (644)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən
Cavidan 4 Oktyabr, 2021

Bu gün – oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

Şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Qarabağ Azərbaycandır!

Continue Reading

Previous: “15 ildir ki, Avropa bazarında etibarlı neft təchizatçısıyıq” – İlham Əliyev
Next: Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 1 il ötür

Bölmənin digər xəbərləri

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • Cəmiyyət

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

22 Aprel, 2026
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
  • Gündəm

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

20 Aprel, 2026
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
  • Cəmiyyət

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

16 Aprel, 2026

Top 7 Xəbər

IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır 1

IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır

24 Aprel, 2026
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb 2

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb

24 Aprel, 2026
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb 3

Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb

24 Aprel, 2026
Baş Prokuror İran səfirini qəbul edib 4

Baş Prokuror İran səfirini qəbul edib

24 Aprel, 2026
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb 5

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

24 Aprel, 2026
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək 6

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

24 Aprel, 2026
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib 7

Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

24 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 305)
  • Dünya (3. 340)
  • Gündəm (11. 659)
  • İdman (644)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9305) Dünya (3340) Gündəm (11659) Kateqoriyasızlar (483) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2983) Texnologiya (14) İdman (644) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır 24 Aprel, 2026
  • Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb 24 Aprel, 2026
  • Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb 24 Aprel, 2026
  • Baş Prokuror İran səfirini qəbul edib 24 Aprel, 2026
  • Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb 24 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.