Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyevin yeni kitabı çap olunub – FOTO
  • Siyasət

İlham Əliyevin yeni kitabı çap olunub – FOTO

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 119-cu kitabı çapdan çıxıb. Çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin aprel-may aylarını
Cavidan 1 İyul, 2022
1656662553_3

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 119-cu kitabı çapdan çıxıb.

Çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin aprel-may aylarını əhatə edir.

O dövrün mühüm hadisələrindən biri ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi olub. Həmin konfransda İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin sualını cavablandıran Prezident İlham Əliyev deyib:

“Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi”.

Aprelin 28-də Şuşada işinə başlamış və Bakıda davam etmiş beynəlxalq konfransda dövlətimizin başçısının çıxışının mətni, suallara cavabları, həmçinin konfrans barədə materiallar yeni kitaba daxil edilib.

Kitabda Azərbaycan Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərləri də əksini tapıb. Mayın 10-da Prezident İlham Əliyev Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı, həmin gün Şuşaya da gedib, məşhur tarzən, bəstəkar və sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdə, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri, “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazi, Şuşa Real məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olub, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimində çıxış edib. Bu səfərlərdən, habelə mayın 12-də Prezidentin Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında iştirakından bəhs edən materiallar çoxcildliyin 119-cu kitabında toplanıb.

Azərbaycan Prezidentinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri, o cümlədən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanışlığı, “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirakı, Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı zamanı kənd sakinləri ilə görüşü haqqında informasiyalarla, həmin görüşdəki çıxışının mətni ilə də yeni kitabda tanış olmaq mümkündür.

Nəşrə Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rizə-Artvin Hava Limanının açılışında iştirakına dair xəbərlər, iki qardaş ölkənin liderlərinin açılış mərasimində çıxışlarının mətni daxil edilib. Kitabda dövlətimizin başçısının Belçikaya işgüzar səfəri haqqında informasiyalar da verilib.

Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü barədə məlumat, liderlərin mətbuata bəyanatlarının, Azərbaycan-Litva biznes-forumunda çıxışlarının mətnləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 119-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

İlham Əliyevin yeni kitabı çap olunub - FOTO

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda avtomobillərin texniki baxışı ləğv edilir? – AÇIQLAMA
Next: Hərbi xidmətə növbəti çağırış başladı

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-15 092509
  • Gündəm

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Cavidan 15 İyun, 2026
Screenshot 2026-06-10 152615
  • Siyasət

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-03 125225
  • Gündəm

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Cavidan 3 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 640)
  • Dünya (3. 417)
  • Gündəm (11. 898)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 1
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 2
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026
Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm” A6kgJ7FoPd8uuyvrVhOAMyGcEVI8wJAkKATPvwER_1200 3
  • Kateqoriyasızlar

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm”

24 İyun, 2026
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib 1782298572_888V 4
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

24 İyun, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 10d0ee22-3ae6-3 v 5
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9640) Dünya (3417) Gündəm (11898) Kateqoriyasızlar (518) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.