Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Sanksiyalar Azərbaycana da təsir edəcək? – Prezidentdən AÇIQLAMA
  • Siyasət

Sanksiyalar Azərbaycana da təsir edəcək? – Prezidentdən AÇIQLAMA

“Hələ ki, Rusiyaya tətbiq edilən sanksiyaların neqativ təsirlərini görmürük”.Bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz:
Cavidan 30 Aprel, 2022
1651297963.1651226793_d6d023e5bc206da0d81b751e772c21f0 (1)

“Hələ ki, Rusiyaya tətbiq edilən sanksiyaların neqativ təsirlərini görmürük”.
Bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Lakin bilmirik ki, bunun cədvəli necə dəyişəcək. Əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, proqnozlaşdırmaq çətindir”, – deyə Prezident vurğulayıb.
İlham Əliyev xatırladıb ki, bu günlərdə, aprelin 26-da Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olub və gələcək planlarımıza dair çoxşaxəli məsələlər müzakirə edilib: “İndiyə kimi biz hər il yaxşı nəticələr əldə etmişik. Ticarət dövriyyəsi artır. Əlbəttə, hazırkı vəziyyətdə biz baxmalıyıq ki, daha nə edə bilərik. Çünki bizim fermerlər üçün Rusiya bazarı böyük bazardır. Rusiya istehsalçıları üçün də Azərbaycan bazarı olduqca önəmlidir. Biz Rusiyadan satdığımızdan daha çox alırıq. Bizim mənfi ticarət dövriyyəsi saldomuz var. Lakin bununla belə, keçən il bizim Rusiyaya ixracımızın həcmi artıb. Yeni vəziyyətdə, sanksiyaların praktiki təsirlərinin nə ola biləcəyini görməliyik.
Siz indi təsəvvür edə bilərsiniz – bizim iki qonşumuz sanksiyalar altındadır. İran və Rusiya. Bu, çox çətin vəziyyətdir. Biz necə uğurlu əməkdaşlıq və ticarət edə bilərik ki, sanksiyalar pul köçürmələri və digər əlavə problemlər yaradır. Buna görə də biz qarşıdan gələn dövrdə qərarlarımıza baxmalıyıq.
Rusiya ilə bizim ticarətimiz çoxşaxəlidir. O, kənd təsərrüfatını, xidmətləri, sərmayələri əhatə edir. O, böyük həcmdə deyil. Burada və orada çoxlu şirkətlər çalışır. Sözsüz ki, Rusiyadakı Azərbaycan icması çox böyükdür. Onlar da ticarət dövriyyəsinin artmasına töhfə verirlər”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Heç kim İlham Əliyevə müqavimət göstərə bilməyib – Ermənistan nəşri
Next: Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycanda pensiya ala biləcəklər

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 152001
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026
Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.