Skip to content
25 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

“Dollara uyğunlaşdırılan məzənnə siyasəti”: Manat dəyərini qoruya biləcəkmi?

Üzən, üzən-tənzimlənən və təsbit edilmiş məzənnə rejimləri mövcuddur. 2015-ci ildəki devalvasiyaya qədər manat təsbit edilmiş məzənnə rejimində idi.
Cavidan 5 Fevral, 2022

Üzən, üzən-tənzimlənən və təsbit edilmiş məzənnə rejimləri mövcuddur. 2015-ci ildəki devalvasiyaya qədər manat təsbit edilmiş məzənnə rejimində idi. Həmin ildəki devalvasiya dövründə üzən-tənzimlənən məzənnəyə keçildi və manatın dəyəri düşdü. Gözlənilirdi ki, üzən məzənnəyə keçid ediləcək. Lakin hələ də üzən-tənzimlənən məzənnə rejimi davam edir. Ancaq ekspertlər hər zaman bildirirlər ki, gec-tez manatın üzən məzənnəyə keçidi baş verəcək.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə hazırlayıb.

Bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata açıqlamasında bildirdi ki, manatın məzənnəsi inzibati yolla qorunub saxlanılır. Amma proses belə davam edə bilməz. Millət vəkili qeyd edib ki, manat gec-tez sərbəst buraxılacaq və “tam üzən məzənnə”yə keçiləcək.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2021-ci ilin hesabatı ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, “biz manatı zorla tutub saxlaya bilmərik, manatın məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyil” demişdi.

“Standard & Poor Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hesabatında qeyd olunur ki, 2022-ci ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 1 ABŞ dolları – 1,70 AZN nisbətində saxlanılacaq. Üzən məzənnəyə keçid 2022-ci ildə olmayacaqsa, nə zaman olacaq? Prosesin ləngimə səbəbləri nələrdir?

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, tam üzən məzənnə rejiminə keçməyə bir sıra amillər təsir edə bilər:

“Birincisi, bu proses enerji qiymətlərindən asılıdır. Enerji qiymətləri yüksək olarsa, üzən məzənnəyə keçəndə manatın bahalaşması ehtimalı da olur. İkincisi isə hökumətin və Mərkəzi Bankın planlarından asılıdır. Yəni enerji qiymətləri yüksək olanda da, manatı üzən məzənnəyə keçirmək qərarı verilə bilər. Bu, bir iqtisadi-siyasi qərardır”.

X.Kərimli bildirdi ki, üzən məzənnə deyiləndə, çox adam manatın dəyər itirəcəyini düşünür. Ancaq manat bahalaşa da bilər:

“Enerji qiymətləri yüksək, tədiyyə balansında profisit (büdcə artıqlığı) olanda, dövlət daha çox dollar satanda üzən məzənnəyə keçilərsə, manat bahalaşa da bilər. Məsələn, 2016-cı ildə Mərkəzi Bankın ehtiyatı 3 milyarda düşmüşdü. İndi 6 milyarddan yuxarıdır. Mərkəzi Bankın ehtiyatları bazardan artıq dolların yığılması ilə yüksəlib. Əgər sterilizasiyaları etməsəydi, manat bahalaşa da bilərdi. 1 dollar 1,60-1,50 manat səviyyəsində olardı”.

Prosesin ləngimə səbəblərinə gəlincə, X.Kərimli bildirdi ki, Azərbaycanda dolları dövriyyəyə bir neçə şirkət buraxır. Baxmayaraq ki, qeyri-neft sektorunun inkişafından danışırıq, amma bu bazarda Dövlət Neft Fondu önəmli paya sahibdir:

“Bizdə iqtisadi model bir qədər sadədir. Burda da nüans ondan ibarətdir ki, əgər üzən məzənnəyə keçsək, enerji qiymətləri yüksək olanda, Neft Fondu daha çox dollar satanda, manat bahalaşa bilər. Manatın bahalaşması isə dövlətin marağında deyil. Əksinə, kiçik ölkədir, enerjidən asılıdır. Manatın məzənnəsinin dolların məzənnəsi əsasında tənzimlənməsi ölkədə iqtisadi prosesin iştirakçıları üçün daha etibarlı və proqnozlaşdırılan mühit yaratmış olur, əlavə spekulyasiyaların qarşısını alır”.

İqtisadçının sözlərinə görə, hazırda manatla bağlı üzən-tənzimlənən məzənnə rejiminin tətbiq edildiyini də demək olmaz:

“Üzən-tənzimlənən məzənnə yox, hazırda “dollara uyğunlaşdırılan məzənnə siyasəti” desək, daha doğru olar. Manat üzür, amma dollarla bir yerdə. Dollar bir gəmidir, manat isə o gəmiyə bağlanmış qayıq. Dollar digər valyutalara qarşı necə üzürsə, manat da elə üzür. Dayananda, dayanırıq”.

Dövlətin məcbur qalıb tam üzən məzənnəyə nə vaxt keçəcəyinə gəlincə, X.Kərimli bildirdi ki, enerji qiymətlərinin yüksək olduğu illərdə dövlət manatı dolların məzənnəsinə uyğunlaşdırıb nəzarətdə saxlayacaq:

“O vaxt ki enerji qiymətləri aşağı enəcək, uzunmüddətli dövrdə qiymətlərin yüksəlmək ehtimalı gözlənilməyəcək, onda hökumət tədricən manatı üzən məzənnəyə buraxıb ucuzlaşdıracaq. Biz üzən məzənnədən çox, mərhələli şəkildə davamlı ucuzlaşdırılan məzənnəni görəcəyik. 2022-ci ildə olmasa da, yaxın illərdə bunu görəcəyik”.

X.Kərimlinin sözlərinə görə, hazırda üzən məzənnəyə keçilsə, manat dəyər itirəcək:

“Həm türk lirəsinin, həm də rus rublunun dəyər itirməsi, ABŞ dollarının faiz dərəcələrinin bahalaşma proqnozu və bunun sürətli baş verəcəyi ilə bağlı ehtimal manat üzərində təzyiq yaradır. İndi üzən məzənnəyə keçilsə, manat dəyər itirər”.

İqtisadçı qeyd etdi ki, manatın hazırkı kursunu saxlamaq hökumətə böyük xərclər hesabına başa gəlmir:

“Xüsusilə, 2017-ci ildən sonra üzən tənzimlənən məzənnənin ölkə üçün heç bir əlavə xərci yoxdur. Əksinə, Mərkəzi Bank öz ehtiyatlarını artıra bilib. Valyutanın kursunu saxlamaq, bəzi ayları çıxsaq, 4-5 il ərzində hökumət üçün əlavə xərclərə başa gəlməyib”.

Continue Reading

Previous: Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşdı
Next: İşğaldan azad edilmiş torpaqlarda biznes layihələri müzakirə olunub

Bölmənin digər xəbərləri

Mikayıl Cabbarov: “İnklüziv təhsil ekosistemi iqtisadi model üçün əsas təməldir”
  • Gündəm

Mikayıl Cabbarov: “İnklüziv təhsil ekosistemi iqtisadi model üçün əsas təməldir”

24 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
  • Gündəm

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

21 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

17 Yanvar, 2026

Top 7 Xəbər

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 1

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 2

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 3

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 4

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026
Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 5

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

24 Yanvar, 2026
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək 6

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

24 Yanvar, 2026
Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib 7

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8744) Dünya (3145) Gündəm (10933) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 24 Yanvar, 2026
  • ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 24 Yanvar, 2026
  • Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.