Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • SOCAR-ın prezidenti: “Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq”
  • Gündəm
  • İqtisadiyyat

SOCAR-ın prezidenti: “Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq”

Qlobal enerji bazarında etibarlı təchizat mənbələrinə tələbatın yaxın illərdə daha da artacağı gözlənilir. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin
Cavidan 2 İyun, 2026
Screenshot 2026-06-02 093909

Qlobal enerji bazarında etibarlı təchizat mənbələrinə tələbatın yaxın illərdə daha da artacağı gözlənilir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş “Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı paneldə bildirib.

Onun sözlərinə görə, buna əsas səbəblərdən biri enerji təchizatındakı fasilələr və ölkələrin daha etibarlı mənbələrə yönəlməsidir: “Digər mühüm amil isə süni intellekt texnologiyalarının və məlumat emalı mərkəzlərinin sürətlə inkişaf etməsi nəticəsində enerji tələbatının artmasıdır. Süni intellekt və data mərkəzlərinin enerji istehlakına təsiri getdikcə artır. Tələbatın hansı həddə çatacağını indidən dəqiq proqnozlaşdırmaq çətin olsa da, bu tendensiya artıq özünü göstərir”.

SOCAR prezidenti vurğulayıb ki, şirkət artan tələbatı qarşılamaq üçün xarici ölkələrdə upstream layihələrə investisiyalar yatırır, eyni zamanda təchizat mənbələrini şaxələndirir: “Şirkətin əsas məqsədi müştəriləri üçün etibarlı tərəfdaş olaraq qalmaq və gələcəkdə daha da artacaq enerji tələbatını qarşılamaqdır. Bu məqsədlə SOCAR hasilat portfelini genişləndirir və yeni beynəlxalq layihələrdə iştirakını artırır. Şirkət Kot-divuardakı “Baleine” layihəsində 10 %-lik pay əldə edib. Bundan əlavə, SOCAR uzun müddətdir ki, Birləşmiş Ərəb Əmirliklərində həyata keçirilən layihələrdə iştirak edir və beynəlxalq fəaliyyətini daha da genişləndirir”.

“SOCAR-ın strategiyası yalnız mövcud hasilat həcmlərinə əsaslanmır. Biz artan tələbatı qarşılamaq üçün yeni mənbələr və layihələr hesabına istehsal portfelimizi genişləndiririk”, – deyə R. Nəcəf əlavə edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
Next: Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var

Bölmənin digər xəbərləri

6a3cb1706cada6a v
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

Cavidan 25 İyun, 2026
6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782288808_thumbsv
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 645)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 005)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 1
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb CMST4L9dg3uCP1 v 2
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

25 İyun, 2026
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB aj1mmDpj3XS6niqa8Se b 3
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

25 İyun, 2026
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib 547d37ae-d642-3 v 4
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

25 İyun, 2026
600 bal toplayanların ən çoxu I qrupdadır 1782307156_thumb v 5
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9645) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3005) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.