Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • “Büdcə xərclərinə nəzarət artırılmalıdır” – Samir Şərifov
  • İqtisadiyyat

“Büdcə xərclərinə nəzarət artırılmalıdır” – Samir Şərifov

Dünyada neftə tələbat azala bilər. Bir çox inkişaf etmiş ölkələr artıq daxili yanma mühərrikindən elektrik mühərrikə keçidlə bağlı
Cavidan 12 Noyabr, 2021
1636623349.samir

Dünyada neftə tələbat azala bilər. Bir çox inkişaf etmiş ölkələr artıq daxili yanma mühərrikindən elektrik mühərrikə keçidlə bağlı konkret vaxt müəyyən ediblər. Bu, şübhəsiz ki, ənənəvi enerji resurslarına tələbatı azalda və neft-qaz hasilatı ilə məşğul olan ölkələrin və şirkətlərin gəlirlərinə mənfi təsir edə bilər.

Bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Azərbaycanın 5 illik milli inkişaf srategiyasında da Azərbaycanın bu çağırışa necə hazır olması ilə bağlı sual qoyulur:

“Ona görə də biz büdcə xərclərinin artırılmasına ehtiyatla yanaşmalıyıq. Büdcə xərclərinə nəzarət artırılmalıdır və bu istiqamətdə işlər aparılır,” – deyə nazir bildirib.

Deputatların sualına cavab olaraq nazir qeyd edib ki, inflyasiya təkcə Azərbaycana xas olan bir məsələ deyil: “COVID -19 hələ bitməyib və əlavə təhdidlər bizi ayq-sayıq olmağa çağırır. Bununla əlaqədər kifayət qədər ehtiyatların yaradılması zəruridir. Hörmətli millət vəkilləri xərclərin artırılmasını təklif edirlər, ancaq bunun arxasında maliyyə vəsaiti durur. Büdcənin 3.63 milyard manata qədər kəsiri var, bunu biz başqa mənbələrin hesabına təmin etməliyik. Yerdə qalan pulu biz borclanmalıyıq. Bir çox deputatlar dövlətin borclanmasından narazılıq edir. COVID-19 pandemiyası bir çox dövlətləri ifrat dərəcədə borclanmaya vadar edib. Azərbaycanda bu göstərici olduqca aşağıdır və kifayət qədər dayanıqlı borc səviyyəmiz var. Cənab Prezidentin tapşırığı var ki, borclar idarəolunan səviyyədə olmalıdır və ÜDM-in 10 səviyyəsinə endirilməlidir.

Milli inkişaf proritetlərinin həyata keçirilməsi üçün layihə hazırlanıb. Həmin strategiyanın reallaşdırılması da əlavə vəsaitlərin təmin edilməsini tələb edə bilər. Biz bilirik ki, əlavə vəsaitlər yəqin ki, tələb ediləcək. Bu baxımdan ola bilsin ki, büdcəyə düzəlişlər ediləcək. Bu vəsaitlər hansı mənbələr hesabına ediləcək? Bu suallara cavab tapmalıyıq.

Eyni zamanda biz mənfur qonşumuzla münasibətdə müdafiə qabiliyyətimzi, təhlükəsizlik təminatımızı gücləndirməliyik, bu isə böyük xərclər tələb edir. Bunları təmin etmədiyimiz tədqirdə bizim inkişaf planlarımız təhdid altında ola bilər. İşğaldan azad edilən ərazilərin bərpa və yenidənqurulma işləri həyata keçirilir və bütün bunlar böyük xərclər tələb edir”, – deyə nazir bildirib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şənbə günü hava necə olacaq?
Next: Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bölmənin digər xəbərləri

6a3cb1706cada6a v
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

Cavidan 25 İyun, 2026
Screenshot 2026-06-23 101538
  • Gündəm

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-11 090417
  • Gündəm

ABŞ-İran qarşıdurması “Qara qızıl”ı bahalaşdırıb

Cavidan 11 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 419)
  • Gündəm (11. 900)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək 25ab3361-167b-303c-a b 1
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

26 İyun, 2026
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 2
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 3
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 4
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 5
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3419) Gündəm (11900) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.