Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Kartof və soğan kəskin BAHALAŞACAQ
  • İqtisadiyyat

Kartof və soğan kəskin BAHALAŞACAQ

Bu ilin sentyabrında tərəvəzlərdə ümumi qiymət artımı 42,2 faizə yüksəlib. Sentyabrda qiymət artımı avqustla müqayisədə daha böyük olub.
Cavidan 29 Oktyabr, 2021
1635508418_ksdfge

Bu ilin sentyabrında tərəvəzlərdə ümumi qiymət artımı 42,2 faizə yüksəlib. Sentyabrda qiymət artımı avqustla müqayisədə daha böyük olub. İki ay əvvəl tərəvəzlərdə qiymət artımı 29,1 faiz idi.

Addim.az rəsmi məlumatlara istinadən bildirir ki, tərəvəzlərdə bahalaşma sürətinin güclənməsi may ayından müşahidə edilir. İllik bahalaşma apreldə 1,2 faiz olduğu halda, mayda 5,8 faizə, iyunda 13 faizə, iyulda 20,7 faizə çatıb.

Bəs, hansı tərəvəz məhsullarında qiymətlər daha çox artıb?

Bu ilin sentyabrında ötən ilin sentyabrı ilə müqayisədə istixanada yetişdirilən xiyar istisna olmaqla bütün tərəvəz məhsulları bahalaşıb.

Əsas tərəvəz məhsullarından daha çox bahalaşma ağ kələmdə qeydə alınıb. 2020-ci ilin sentyabrında bir kiloqramı orta hesabla 43 qəpiyə satılan ağ kələm bu ilin sentyabrında 81 qəpiyə alıcı tapıb. Ağ kələmin qiyməti 89 faizdən çox yüksəlib.

Açıq məkanda yetişdirilən xiyarın dəyəri 72 faiz artaraq 1,04 manata çatıb. Ötən ilin sentyabrında xiyarın bir kilosu 61 qəpiyə satılırdı.

Pomidorun dəyərində artım 67,4 faiz olub. Əsas tərəvəz məhsullarından olan pomidorun qiyməti bir il ərzində 86 qəpikdən 1,43 manata qədər artıb.
Digər əsas tərəvəz məhsullarından badımcanın qiyməti 81 qəpikdən 1,31 manata (62 faiz bahalaşma), göy lobyanın qiyməti 1,16 manatdan 2,32 manata (99,5 faiz), yerkökünün qiyməti 93 qəpikdən 1,21 manata (30,5 faiz), kartofun dəyəri 71 qəpikdən 80 qəpiyə (12,4 faiz), baş soğanın qiyməti 46 qəpikdən 57 qəpiyə (22,3 faiz) yüksəlib.

Tərəvəzlərin qiymətində oktyabr və dekabr aylarında da yüksək artım ola bilər. Çünki əsas tərəvəz məhsullarından kartof və baş soğanın qiymətində artım sürətinin son aylarda güclənmə ehtimalı böyükdür.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Bu dərmanların qəbulu ölümə səbəb ola bilər” – TƏBİB
Next: Xaricdən gətirilən avtomobillərin dövlət rüsumu artırılacaqmı? – DGK-dən CAVAB

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-23 101538
  • Gündəm

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-11 090417
  • Gündəm

ABŞ-İran qarşıdurması “Qara qızıl”ı bahalaşdırıb

Cavidan 11 İyun, 2026
Screenshot 2026-06-09 095740
  • İqtisadiyyat

Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var

Cavidan 9 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 635)
  • Dünya (3. 412)
  • Gündəm (11. 895)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (515)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI Screenshot 2026-06-23 173441 1
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

23 İyun, 2026
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib Screenshot 2026-06-23 170051 2
  • Gündəm

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

23 İyun, 2026
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar Screenshot 2026-06-23 162549 3
  • İdman

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

23 İyun, 2026
“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib Screenshot 2026-06-23 155526 4
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

23 İyun, 2026
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb Screenshot 2026-06-23 152232 5
  • Kateqoriyasızlar

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

23 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9635) Dünya (3412) Gündəm (11895) Kateqoriyasızlar (515) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.