Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • “AzerTelecom” və “Kazakhtelecom” TransXəzər layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb
  • İqtisadiyyat

“AzerTelecom” və “Kazakhtelecom” TransXəzər layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb

Astana şəhərində baş tutan “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və
Cavidan 28 Sentyabr, 2022
MyCollages_-_2022-09-28T172835.609

Astana şəhərində baş tutan “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə Fiber-Optik Rabitə Xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.

Tərəflər əmindirlər ki, sənəd hər iki ölkənin rəqəmsal infrastrukturunun inkişafı sahəsində gələcək əməkdaşlıq üçün stimul rolunu oynayacaq, əlçatanlıq baxımından yeni bazar imkanlarının, eləcə də iki ölkədə şəbəkələrin ötürmə imkanlarının artırılmasına töhfə verəcək.

Sənəd Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində iki operator arasında strateji tərəfdaşlığı nəzərdə tutur. Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin tərkib hissəsidir.

Telekommunikasiya operatorlarının nümayəndələri beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi sahəsində ikitərəfli biznesin gələcək inkişafında, hər iki ölkənin rəqəmsal transformasiyası və rəqəmsal infrastrukturunun daha da inkişaf etdirilməsində ikitərəfli əməkdaşlığın stimullaşdırılması imkanlarında maraqlı olduqlarını bildiriblər.

“Rəqəmsal infrastruktur layihəsi – “Rəqəmsal İpək Yolu”nun tərkib hissəsi olan Transxəzər Fiber-Optik Rabitə Xətti çərçivəsində şirkətlərimiz arasında əməkdaşlıq bizə tranzit imkanlarımızı genişləndirməklə yeni satış bazarlarına çıxmaq üçün imkanlar açacaq. Həmçinin, bu əməkdaşlığın köməyi ilə biz ölkələrimizdə istehlakçılara telekommunikasiya xidmətlərinin göstərilməsinin etibarlılığını daha da artıra biləcəyik”, – deyə “AzerTelecom” şirkətinin əməliyyatlar üzrə baş direktoru Sergey Nazarenko bildirib.

“Bu gün bizim üçün birgə vəzifələrin və maraqların həlli istiqamətində ən optimal düstur birbaşa münasibətlər qurmaqdır. “AzerTelecom” ilə birgə fəaliyyət məlumat, qabaqcıl təcrübə mübadiləsini və birgə layihələrin təşviqini nəzərdə tutur. Bütün bunlar, öz növbəsində, hər iki ölkədə internet şəbəkələrinin əlçatanlığı və ötürmə qabiliyyətinin artırılması baxımından yeni bazar imkanlarının inkişafına töhfə verəcək”, – deyə “Kazakhtelekom” SC-nin İdarə Heyətinin sədri Kuanışbek Yesekeyev bildirib.

“NEQSOL Holding”in tərkibinə daxil olan «AzerTelecom» Azərbaycanın aparıcı rabitə operatorudur və ölkənin beynəlxalq internet şəbəkəsinə qoşulmasını təmin edir.

«Kazakhtelecom» Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli rabitə operatoru statusuna malikdir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 2026-cı ilədək Qarabağa nə qədər insan köçürüləcək?
Next: Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə GÖRÜŞÜB

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 102652
  • Cəmiyyət

Dünya bazarlarında neft ucuzlaşıb

Cavidan 11 İyul, 2026
BSoPJAlSsNVxBmQt b
  • Gündəm

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Cavidan 27 İyun, 2026
6a3cb1706cada6a v
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 728)
  • Dünya (3. 453)
  • Gündəm (11. 946)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır Screenshot 2026-07-13 121416 1
  • Kateqoriyasızlar

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır

13 İyul, 2026
İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur Screenshot 2026-07-13 111332 2
  • Cəmiyyət

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

13 İyul, 2026
Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb Screenshot 2026-07-13 101148 3
  • Cəmiyyət

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

13 İyul, 2026
Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışıb Screenshot 2026-07-13 094032 4
  • Siyasət

Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışıb

13 İyul, 2026
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək Screenshot 2026-07-13 091335 5
  • Siyasət

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9728) Dünya (3453) Gündəm (11946) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.