Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Kadr dəyişiklikləri regionlarda nəyi dəyişəcək? – AÇIQLAMA
  • İqtisadiyyat

Kadr dəyişiklikləri regionlarda nəyi dəyişəcək? – AÇIQLAMA

Bölgələrdə aparılan son struktur və kadr dəyişikliklərinin əsas məqsədlərindən biri də rayonlarda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına nail olmaqdır. 
Cavidan 1 Avqust, 2022
1659345061.təyinat

Bölgələrdə aparılan son struktur və kadr dəyişikliklərinin əsas məqsədlərindən biri də rayonlarda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına nail olmaqdır. 

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, islahatlar bölgələrdə investisiya mühitinin daha da yaxşılaşdırılmasını və gizli iqtisadiyyatın minimumlaşdırılmasını hədəfləyir.

“Regionlarda yeni, xüsusən də ixtisaslı kadrlar üçün iş yerlərinin yaradılması çox vacibdir. Bu isə bölgələrə daha çox sərmayənin cəlb edilməsi məsələsini aktuallaşdırır. Yerli investisiya qoyuluşlarında bank kreditləri xüsusi paya malik olmalıdır. Bununla belə, rəsmi statistika təsdiq edir ki, hələ də banklar bölgələri maliyyələşdirməkdə çox da maraqlı deyillər. Mərkəzi Bankın məlumatına görə, bu ilin iyul ayında ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub. Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb. Bu o deməkdir ki, ümumi kredit qoyuluşunun 77 faizindən çoxu Bakı şəhərinin payına düşür. 705 milyon manat kredit isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq, verilən hər 100 manatlıq kreditin 81 manatı Bakı və Abşeronun payına düşür. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər. Aydındır ki, özəl banklar kreditləşmədə müstəqil qərar verirlər və bu zaman risk amili daxil olmaqla fərqli faktorları nəzərə alırlar”.

Deputat bildirib ki, inzibati yollar ilə bankları kreditləşməyə istiqamətləndirmək düzgün olmaz:

“Bununla belə, bir sıra inkişaf etmiş ölkələrin praktikasında olduğu kimi, bankların regionlarda biznesi maliyyələşdirilməsini stimullaşdırmaq çox vacbdir. Bu, bölgələrimizin daha çox maliyyə resursları əldə etməsinə və inkişafına təkan verə bilər. Monitorinqlər göstərir ki, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır. Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizmi təkmilləşdirilməli və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditləri həcmi artırılmalıdır. İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Akardan İsveç və Finlandiyaya XƏBƏRDARLIQ
Next: Buğda ilə bağlı dövlət standartı dəyişdiriləcək

Bölmənin digər xəbərləri

BSoPJAlSsNVxBmQt b
  • Gündəm

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Cavidan 27 İyun, 2026
6a3cb1706cada6a v
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

Cavidan 25 İyun, 2026
Screenshot 2026-06-23 101538
  • Gündəm

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 670)
  • Dünya (3. 430)
  • Gündəm (11. 916)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 1
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026
AZAL Brüsselə birbaşa uçuşlara başlayır – YENİLƏNİB Screenshot 2026-07-01 141435 2
  • Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır – YENİLƏNİB

1 İyul, 2026
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub Screenshot 2026-07-01 121850 3
  • Gündəm

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

1 İyul, 2026
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb Screenshot 2026-07-01 115314 4
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

1 İyul, 2026
Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib” u8HwkL02lcV 5
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9670) Dünya (3430) Gündəm (11916) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.