Skip to content
22 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Gündəm
  • Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
  • Gündəm

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Siyahıyaalınma Azərbaycanın ərazi bütövlüyü və dövlət
Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 161423

2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Siyahıyaalınma Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə edilməsi və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsi məqsədilə reallaşacaq.

Fərmana əsasən, ölkədə 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabineti 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməli, əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasının təmin edilməsi ilə bağlı tədbirlər görməlidir.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə əhali 2019-cu ildə siyahıya alınıb.

Post navigation

Previous: Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
Next: Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-22 115229
  • Dünya

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-21 132635
  • Cəmiyyət

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Cavidan 21 Avqust, 2026
Screenshot 2026-08-21 123339
  • Cəmiyyət

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Cavidan 21 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 980)
  • Dünya (1. 025)
  • Gündəm (3. 301)
  • İdman (220)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (197)
  • Kriminal (272)
  • Mədəniyyət (93)
  • Siyasət (398)
  • Texnologiya (15)

Xəbər Trendi

Bakıda oğurluq edən şəxslər saxlanılıblar Screenshot 2026-08-22 120123 1
  • Dünya

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

22 Avqust, 2026
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib Screenshot 2026-08-22 115229 2
  • Dünya

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

22 Avqust, 2026
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb Screenshot 2026-08-22 105729 3
  • Kriminal

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

22 Avqust, 2026
Xəzər dənizində zəlzələ olub Screenshot 2026-08-22 101204 4
  • Cəmiyyət

Xəzər dənizində zəlzələ olub

22 Avqust, 2026
Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir Screenshot 2026-08-22 094235 5
  • İdman

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

22 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2980) Dünya (1025) Gündəm (3301) Kateqoriyasızlar (197) Kriminal (272) Mədəniyyət (93) Siyasət (398) Texnologiya (15) İdman (220) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.