Skip to content
27 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Gündəm
  • Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
  • Gündəm

Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir

Cavidan 25 Aprel, 2026
Screenshot_20260425_145836_com_android_chrome_ChromeTabbedActivity

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Nyu-York meri Zohran Kvame Məmdaninin anti-Azərbaycan bəyanatını tənqid edərək, ictimai xadimləri dezinformasiya yaymaqdan çəkinməyə və barışığa töhfə verməyə çağırıb.

Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Mer Zohran Kvame Məmdani, ictimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, eləcə də tarixi cəhətdən yalan bəyanatlar vasitəsilə ayrılığı dərinləşdirməyə deyil, barışığa töhfə verməlidirlər. Biz sizin təxribat xarakterli bəyanatınızı rədd edirik”, – Hacızadə yazıb.

Onun sözlərinə görə, bu cür açıqlamalar regionun tarixi və reallıqlarının anlaşılmadığını göstərir və faktları siyasi narrativlərin xeyrinə təhrif edir.

Hacızadə vurğulayıb ki, 2020-ci ildə Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazisi hüdudlarında, beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edib.

XİN rəsmisi əlavə edib ki, 2023-cü ilin antiterror tədbirləri otuzillik qanunsuz işğaldan sonra konstitusiya quruluşunun bərpa olunması ilə nəticələnib:

“Qovulma” barədə iddialar erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik zəmanətlərinin təklif edildiyi faktını gözardı edir.

Seçilmiş vəzifəli şəxsin işğal dövründə yüzminlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qətlləri, eləcə də mədəni və dini irsin dağıdılmasını gözardı edərək birtərəfli narrativləri təşviq etməsi xüsusi narahatlıq doğurur. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Sonrakı: Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb

Bölmənin digər xəbərləri

trend_fhn_building_bina_180912 v
  • Gündəm

Zığda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB

Cavidan 24 Oktyabr, 2026
ceb8ec9a-366c-316b-ve_1200
  • Gündəm

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

Cavidan 23 Oktyabr, 2026
CGxoXKlrT6WkZ3nuHBHv
  • Gündəm

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib

Cavidan 23 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu Bee biznes Business ChatGPT Cyberpunk Edgerunners Elcore Distribution Elektromobil Epic Games Store JBOD Netflix Newsbeat Nutanix OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər QNAP Reytinq Rəqəmsal İmza sahibkarlar Science smartfon SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik USB 4 World İlon Mask İqtisadiyyat Nazirliyi İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 351)
  • Dünya (1. 096)
  • Gündəm (3. 477)
  • İdman (255)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (242)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (446)
  • Texnologiya (33)

Xəbər Trendi

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib nvmDLBArWu82AY9 b 1
  • Cəmiyyət

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

27 Oktyabr, 2026
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib sHVe2XdIN0CPm1L0eGqrv 2
  • Cəmiyyət

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

27 Oktyabr, 2026
İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq GsFu997Zdfv 3
  • Cəmiyyət

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

27 Oktyabr, 2026
İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu jtchjv8vS4J3xzSjuhb 4
  • Cəmiyyət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

27 Oktyabr, 2026
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır 77 g3c-d3b3cebfc271_1200 5
  • İdman

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

27 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3351) Dünya (1096) Gündəm (3477) Kateqoriyasızlar (242) Kriminal (305) Mədəniyyət (97) Siyasət (446) Texnologiya (33) İdman (255) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 1
  • 1
  • 6. 614

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.